Kanada-2023: Güc qurğusunun elementləri

Cümə günü səhər FİA Monrealda həftəsonu başlamazdan əvvəl maşınlarda quraşdırılmış güc qurğusunun elementlərinin sayını dərc edib.

F-1.az xəbər verir ki, mövsüm ərzində sürücülər cəriməsiz dörd daxiliyanma mühərriki (İCE), dörd turbin (TC), dörd MGU-H motor generatoru, dörd MGU-K motor generatoru, iki batareya (ES) və iki elektron idarəetmə blokundan (CE) istifadə edə bilərlər.

Bu məhdudiyyətləri aşanlar güc qurğusunun birinci elementinin quraşdırılması zamanı startda 10 yerin itirilməsi ilə cəzalandırılırlar. İkinci elementin quraşdırılması isə beş yerin itirilməsi ilə nəticələnir. Cərimə 15 mövqedən çox olarsa, sürücü sonuncu cərgəyə göndərilir. Bir neçə sürücü belə cəza alarsa, start mövqeyi sıralanma turunun nəticəsindən asılı olur.

Qazburaxma sistemlərinin (EX) dəyişdirilməsi də məhdudlaşdırılıb – mövsümdə yalnız səkkiz sistemdən istifadə oluna bilər, sonrakı dəyişdirmələr oxşar cərimə ilə cəzalandırılır.

KANADA QRAN PRİSİNDƏN ƏVVƏL GÜC QURĞUSUNUN ELEMENTLƏRİ

Sürücü Komanda Güc qurğusu ICE TC MGUH MGUK ES CE EX
01. Maks Ferstappen Red Bull Red Bull 2 2 2 2 1 1 2
11. Serxio Peres Red Bull Red Bull 2 2 2 2 3 3 2
16. Şarl Lekler Ferrari Ferrari 2 2 2 2 3 4 3
55. Karlos Sayns Ferrari Ferrari 2 2 2 2 2 2 3
63. Corc Rassell Mercedes Mercedes 2 2 2 2 2 2 3
44. Lyuis Həmilton Mercedes Mercedes 2 2 2 2 2 2 3
31. Esteban Okon Alpine Renault 2 2 2 2 2 2 4
10. Pyer Qasli Alpine Renault 3 3 3 3 2 2 4
81. Oskar Piastri McLaren Mercedes 2 2 2 2 2 2 4
04. Lando Norris McLaren Mercedes 3 3 3 3 2 2 5
77. Valtteri Bottas Alfa Romeo Ferrari 2 2 2 2 1 1 3
24. Quanyu Çjou Alfa Romeo Ferrari 2 2 2 2 1 1 3
18. Ləns Stroll Aston Martin Mercedes 2 2 2 2 2 2 3
14. Fernando Alonso Aston Martin Mercedes 2 2 2 2 2 2 3
20. Kevin Maqnussen Haas Ferrari 2 2 2 3 1 1 3
27. Niko Hülkenberq Haas Ferrari 2 2 2 2 1 2 3
21. Nik de Friz AlphaTauri Red Bull 2 2 2 2 1 2 3
22. Yuki Tsunoda AlphaTauri Red Bull 2 2 2 2 1 1 3
23. Aleks Əlbon Williams Mercedes 2 2 2 2 2 2 3
02. Loqan Sarcent Williams Mercedes 2 2 2 2 2 2 4
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*