F-1.az bildirir ki, ardıcıl üç qələbədən sonra bukmekerlər Maks Ferstappeni Monrealdakı yarışın aşkar favoriti hesab edirlər. Serxio Peres böyük fərqlə reytinqdə ikinci, Barselonada ikinci yeri tutan Lyuis Həmilton isə üçüncüdür. Son mərhələdə uğursuz çıxışdan sonra Ferrari sürücüləri Şarl Lekler və Karlos Sayns üçün qələbə ehtimalı praktiki olaraq nəzərə alınmayıb desək, yanılmarıq.
Kanada Qran Prisində qələbə | Əmsal |
Maks Ferstappen | 1.33 |
Serxio Peres | 6.00 |
Lyuis Həmilton | 13.00 |
Fernando Alonso | 15.00 |
Corc Rassell | 19.00 |
Şarl Lekler | 41.00 |
Karlos Sayns | 51.00 |
İspaniyadakı yarışdan sonra Ferstappen çempionatda Peresə qarşı üstünlüyünü 53 xala çatdırıb və onun növbəti titulunu qazanmasına verilən əmsal 1.02-yə düşüb.
Çempionatda qələbə (sürücülər) | Əmsal |
Maks Ferstappen | 1.02 |
Serxio Peres | 41.00 |
Lyuis Həmilton | 67.00 |
Fernando Alonso | 81.00 |
Corc Rassell, Şarl Lekler | 501.00 |
Mühəndislər Kubokunun qalibi üçün pul qoyuluşlarının qəbulu davam edir, lakin bu əslində formal xarakter daşıyır. Əgər siz Red Bull-un çempionluğuna pul qoysanız, elə qoyduğunuz məbləği geri almış olacaqsınız. Çünki bu əmsal hazırda 1-ə bərabərdir.
Çempionatda qələbə (komandalar) | Əmsal |
Red Bull | 1.00 |
Mercedes | 67.00 |
Aston Martin | 101.00 |
Ferrari | 501.00 |
McLaren, Alpine, Alfa Romeo, AlphaTauri, Haas, Williams | 3001.00 |