Kanada-2023: Birinci sərbəst yürüşlər

Meşə yanğınlarının tüstüsü istər-istəməz Kanadadakı məşqlərə təsir edib - trasın ətrafını qatı duman bürüyüb.

Lakin ilk dəqiqələrdən Pyer Qaslinin məşqləri dayandırmasının bununla heç bir əlaqəsi olmayıb. Fransız sürücü güc qurğusundakı problemlərə görə maşını saxlamalı olub, əvvəlcə sarı, sonra isə qırmızı bayralqar yellənib.

F-1.az xəbər verir ki, mühəndislər əvvəlcə ondan maşını yenidən işə salmağa cəhd etməsini istəyiblər. Bu alınmadıqda təxliyə prossesi başlayıb. Maşın trasdan çıxarılsa da, FOM-un avadanlıqları və kameralarla bağlı problemləri aradan qaldırmaq mümkün olmayıb. Buna görə də ilk məşq sessiyası bərpa edilməyib.

Bunun əvəzində ikinci məşqlər yarım saat tez başlayacaq və 1.5 saat davam edəcək.

Qısa ilk sessiyada Valtteri Bottas hamıdan sürətli olub – 1:18.728.

BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Alfa Romeo 1:18.728 3
2 18 Ləns Stroll Aston Martin 1:19.175 + 0:00.447 3
3 14 Fernando Alonso Aston Martin 1:19.807 + 0:01.079 3
4 11 Serxio Peres Red Bull 1:20.154 + 0:01.426 3
5 1 Maks Ferstappen Red Bull 1:20.231 + 0:01.503 3
6 81 Oskar Piastri McLaren 1:21.496 + 0:02.768 3
7 20 Kevin Maqnussen Haas 1:24.045 + 0:05.317 3
8 27 Niko Hülkenberg Haas 1:24.336 + 0:05.608 3
9 24 Quanyu Çjou Alfa Romeo 1:24.961 + 0:06.233 3
10 55 Karlos Sayns Ferrari 1:25.991 + 0:07.263 3
11 16 Şarl Lekler Ferrari 1:26.809 + 0:08.081 3
12 21 Nik de Friz AlphaTauri 1:32.274 + 0:13.546 3
13 22 Yuki Tsunoda AlphaTauri 1:54.143 + 0:35.415 2
14 4 Lando Norris McLaren 2:06.349 + 0:47.621 2
15 10 Pyer Qasli Alpine 1
16 23 Aleksander Elbon Williams 1
17 2 Loqan Sarcent Williams 2
18 31 Esteban Okon Alpine
19 44 Lyuis Həmilton Mercedes
20 63 Corc Rassell Mercedes

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*