Kanada-2022: Üçüncü sərbəst yürüşlər

Sürücülər dünən quru trasda işləsələr də, ikinci məşqlərdən sonra yağış başlayıb və fasilələrlə davam edib. Sürücülər bugünkü sessiyaya yağış təkərləri ilə başlayıblar.

F-1.az bildirir ki, sürücülər hər nə qədər tələsməsələr də, sürüşkən asfaltda insidentlər az olmayıb. Okon birinci, Fettel ikinci, Qasli və Maqnussen dördüncü, Sayns, Tsunoda və Albon isə doqquzuncu döngədə yoldan çıxıblar. Ferstappen də bir neçə səhvə yol verərək dövrəni başa vurmadan boksa qayıdıb. Daha sonra isə keçid təkərlərlə trasa çıxıb. Lekler ümumiyyətlə nəticə göstərməyib.

Sessiyanın sonuna 20 dəqiqə qalmış Fettel, Alonso və Sayns keçid təkərlərlə boksu tərk ediblər. Sona 6 dəqiqə qalmış Maqnussen ilk döngədəki təhlükəsizlik cibinə girib və qayıda bilib. Maks da trasdan çıxıb.

Fernando Alonso 1:33.836-lıq nəticə ilə protokollara başçılıq edib. Proqnozlar sıralanma turuna qədər yağışın dayanacağını vəd edir, lakin belə soyuq hava şəraitində trasın quruyacağına inanmaq çətindir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 14 Fernando Alonso Alpine 1:33.836 15
2 10 Pyer Qasli AlphaTauri 1:33.889 + 0:00.053 18
3 5 Sebastyan Fettel Aston Martin 1:33.891 + 0:00.055 18
4 31 Esteban Okon Alpine 1:34.003 + 0:00.167 16
5 3 Daniel Rikkardo McLaren 1:34.110 + 0:00.274 14
6 4 Lando Norris McLaren 1:34.248 + 0:00.412 13
7 63 Corc Rassell Mercedes 1:34.259 + 0:00.423 11
8 11 Serxio Peres Red Bull 1:34.498 + 0:00.662 10
9 1 Maks Ferstappen Red Bull 1:34.616 + 0:00.780 10
10 55 Karlos Sayns Ferrari 1:34.778 + 0:00.942 18
11 77 Valtteri Bottas Alfa Romeo 1:35.016 + 0:01.180 15
12 24 Quanyu Çjou Alfa Romeo 1:35.213 + 0:01.377 15
13 18 Ləns Stroll Aston Martin 1:35.531 + 0:01.695 23
14 20 Kevin Maqnussen Haas 1:35.643 + 0:01.807 17
15 44 Lyuis Həmilton Mercedes 1:35.692 + 0:01.856 12
16 18 Aleksander Elbon Williams 1:35.761 + 0:01.925 17
17 22 Yuki Tsunoda AlphaTauri 1:36.261 + 0:02.425 27
18 47 Mik Şumaxer Haas 1:37.388 + 0:03.552 18
19 6 Nikolas Latifi Williams 1:38.394 + 0:04.558 11
20 16 Şarl Lekler Ferrari 5
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*