F-1.az xatırladır ki, dünənki məşqlərdə Maks Ferstappen hamıdan sürətli olub, bu gün yağışda baş tutan son məşqlərdə isə Fernando Alonso protokollara başçılıq edib.
Şarl Lekler yeni güc qurğusuna keçdiyi üçün yarışa eyni addımı atan Yuki Tsunoda ilə birlikdə son cərgədən başlayacaq.
Yağış yağsa da, tamaşaçılar tribunaları tərk etməyiblər.
İlk Sessiyada sürücülər yağış təkərləri ilə trasa çıxıblar. Bəzi hissələrdə gölməçələr olub. Sürücülər vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edərək nəticə göstərməyə tələsiblər. Yağış təkərləri trayektoriyadakı suyu kənara atıb, demək olar ki, hər növbəti nəticə əvvəlkindən daha yaxşı olub. Sessiya sakit keçib, sadəcə Sayns üçüncü döngədə təhlükəsizlik zonasına daxil olub. Lekler, Elbon və Sayns yavaş gedərək rəqiblərinə maneçilik törətdikləri üçün stüardlar tərəfindən çağrılıblar. Ferstappen 1:32.219 ilə əns ürətli olub, Tsunoda, Latifi, Stroll, Fettel və Qasli mübarizəni dayandırıb.
İkinci Sessiyada Albon, Maqnussen, Şumaxer, Alonso, Okon , Peres və Sayns keçid, qalan sürücülər isə yağış təkərləri ilə mübarizəyə başlayıblar. Lekler sükan arxasına keçməyib, çünki Tsunodanı üstələməsi sabah yarışa 19-cu yerdən başlaması üçün kifayət edib. Bəzi ərazilərdə su çox olub. Elbon 6-cı döngədə maşını maneəyə vursa da, zədə olmayıb və yoluna davam edib. Bir dəqiqə sonra isə eyni səhvə Peres 3-cü döngədə yol verib. Lakin onun bəxti Elbon kimi gətirməyib və sıralanma turunu yarımçıq saxlamalı olub. Sessiya qırmızı bayraqlarla dayandırılıb.
Fasilə 12 dəqiqə davam edib. Norris istədiyi nəticələri əldə edə bilməyib. Sürətli dövrələr bir-birini əvəzləyib, yekunda Ferstappen qırmızı bayrağa qədər ən sürətli olan Alonsonun nəticəsini təxminən 7 saniyə yaxşılaşdıraraq protokollara başçılıq edib – 1:23.746. Lekler, Norris və Pereslə yanaşı, Elbon və Bottas da ilk onluqdan kənarda qalıblar.
Son sessiyada hamı keçid təkərlərlə trasa üz tutub. Ferstappen ilk cəhdində lider olub. İkinci cəhdlərdə Rassell riskə gedərək Soft təkərə keçib, lakin bu heç də yaxşı nəticələnməyib və gənc britaniyalı sürücü idarəetməni itirərək otluğa çıxıb. Çjou 9-cu dövrədə trasdan çıxdıqdan sonra geriyə qayıdarkən yarışdirektorunun göstərişlərinə əməl etməyib və stüardların yanına dəvət olunub. Günün rəqibsiz sürücüsü Maks Ferstappen 1:21.299 ilə əlçatmaz olub.
Beləliklə, Maks Ferstappen mövsümdə ikinci, karyerasında isə 15-ci poulunu əldə edib. Fernando Alonso ikinci olaraq Alpine ilə ən yaxşı nəticəsini əldə edib və 2012-ci ildəki Almaniya Qran Prisindən sonra ilk dəfə yarışa ilk cərgədən başlayacaq. Üçüncü və dördüncü yerə isə müvafiq olaraq, Karlos Sayns və Lyuis Həmilton yiyələniblər.
Sabah yarış quru havada baş tutacaq və demək olar ki, heç bir nəticəni proqnozlaşdırmaq asan deyil…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 1 | Maks Ferstappen | Red Bull | 1 | 1:32.219 | 11 | 1 | 1:23.746 | 10 | 1:21.299 | 9 |
2 | 14 | Fernando Alonso | Alpine | 2 | 1:32.277 | 11 | 2 | 1:24.848 | 10 | 1:21.944 | 8 |
3 | 55 | Karlos Sayns | Ferrari | 3 | 1:32.781 | 10 | 4 | 1:25.197 | 10 | 1:22.096 | 9 |
4 | 44 | Lyuis Həmilton | Mercedes | 12 | 1:33.841 | 11 | 5 | 1:25.543 | 11 | 1:22.891 | 9 |
5 | 20 | Kevin Maqnussen | Haas | 4 | 1:32.957 | 12 | 9 | 1:26.254 | 11 | 1:22.960 | 8 |
6 | 47 | Mik Şumaxer | Haas | 11 | 1:33.707 | 11 | 6 | 1:25.684 | 11 | 1:23.356 | 9 |
7 | 31 | Esteban Okon | Alpine | 6 | 1:33.012 | 11 | 8 | 1:26.135 | 11 | 1:23.529 | 8 |
8 | 63 | Corc Rassell | Mercedes | 7 | 1:33.160 | 11 | 3 | 1:24.950 | 11 | 1:23.557 | 8 |
9 | 3 | Daniel Rikkardo | McLaren | 8 | 1:33.636 | 11 | 10 | 1:26.375 | 10 | 1:23.749 | 9 |
10 | 24 | Quanyu Çjou | Alfa Romeo | 10 | 1:33.692 | 11 | 7 | 1:26.116 | 11 | 1:24.030 | 9 |
11 | 77 | Valtteri Bottas | Alfa Romeo | 9 | 1:33.689 | 11 | 11 | 1:26.788 | 10 | ||
12 | 23 | Aleksander Elbon | Williams | 14 | 1:34.047 | 11 | 12 | 1:26.858 | 10 | ||
13 | 11 | Serxio Peres | Red Bull | 13 | 1:33.929 | 11 | 13 | 1:33.127 | 10 | ||
14 | 4 | Lando Norris | McLaren | 15 | 1:34.066 | 11 | 14 | – | 3 | ||
15 | 16 | Şarl Lekler | Ferrari | 5 | 1:33.008 | 10 | 15 | – | 0 | ||
16 | 10 | Pyer Qasli | AlphaTauri | 16 | 1:34.492 | 11 | |||||
17 | 5 | Sebastyan Fettel | Aston Martin | 17 | 1:34.512 | 11 | |||||
18 | 18 | Ləns Stroll | Aston Martin | 18 | 1:35.532 | 12 | |||||
19 | 6 | Nikolas Latifi | Williams | 19 | 1:35.660 | 11 | |||||
20 | 22 | Yuki Tsunoda | AlphaTauri | 20 | 1:36.575 | 4 |