F-1.az bildirir ki, Mercedes sürücüləri trasa gec çıxıblar – mexaniklər maşınları əvvəlki altlıqlara qaytarıb və sazlanmaları dəyişiblər. Bottas bir dövrə tamamlandıqdan sonra maşın daha aşağı ötürmələrə keçmədiyi üçün boksa qayıtmalı olub. Bir müddət sonra yenidən trasa çıxsa da, problem aradan qalxmayıb və finlandiyalı sürücü üçün cümə məşqləri başa çatıb.
Fettel pit yolunda Maqnussen keçərkən buraxılıb və stüardlar məsələni daha sonra araşdıracaqlar. Sayns trasdan tam çıxsa da, geri qayıda bilib. Trasın kələ-kötür olması hissiyatın artdığı yeni maşınlarda sürücüləri daha çox narahat edib. Əksər sürücülər əylənmədə səhvə yol verib, birinci və doqquzuncu döngələri kəsiblər. Qasli, Fettel və Stroll 14-cü döngəni kəsiblər. Trasa pivə qabı düşdüyü üçün 23-cü dəqiqədə VTM rejimi elan edilib.
Protokollara yenə Maks Ferstappen başçılıq edib – 1:14.127. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:14.127 | – | 33 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:14.208 | + 0:00.081 | 32 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:14.352 | + 0:00.225 | 32 |
4 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:14.442 | + 0:00.315 | 35 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:14.543 | + 0:00.416 | 24 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | 1:14.879 | + 0:00.752 | 34 |
7 | 63 | Corc Rassell | Mercedes | 1:14.971 | + 0:00.844 | 31 |
8 | 4 | Lando Norris | McLaren | 1:14.987 | + 0:00.860 | 30 |
9 | 3 | Daniel Rikkardo | McLaren | 1:15.033 | + 0:00.906 | 31 |
10 | 31 | Esteban Okon | Alpine | 1:15.119 | + 0:00.992 | 32 |
11 | 11 | Serxio Peres | Red Bull | 1:15.167 | + 0:01.040 | 29 |
12 | 18 | Ləns Stroll | Aston Martin | 1:15.396 | + 0:01.269 | 34 |
13 | 44 | Lyuis Həmilton | Mercedes | 1:15.421 | + 0:01.294 | 24 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:15.499 | + 0:01.372 | 34 |
15 | 47 | Mik Şumaxer | Haas | 1:15.516 | + 0:01.389 | 35 |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:15.526 | + 0:01.399 | 31 |
17 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:15.567 | + 0:01.440 | 37 |
18 | 23 | Aleksander Elbon | Williams | 1:16.171 | + 0:02.044 | 30 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:16.509 | + 0:02.382 | 27 |
20 | 77 | Valtteri Bittas | Alfa Romeo | – | – | 3 |