F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü gunorta hava +23 dərəcəyə qədər qızacaq, qərb küləyi əsəcək və 70% ehtimalla yağıntı gözlənilir.
Şənbə günü səhər yağış davam edəcək, lakin nahara qədər kəsiləcək. Termometrlərin şkalası maksimum +19 dərəcəni göstərəcək.
Bazar günü isə çempionatın iştirakçılasını günəşli hava və +22 dərəcə hərarət gözləyir. Yağıntı ehtimalı cəmi 5%-dir.