Kanada-2022: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları 2 illik fasilədən sonra baş tutacaq Kanada Qran Prisinin və mövsümün nəticələri üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, Bakıdakı yarışın qalibi Maks Ferstappenin Monrealda da zəfər əldə edəcəyinə daha çox inanılır. Onun şansları Leklerdən 2 dəfəyə yaxın çox qiymətləndirilir. Eyni zamanda Serxio Peresin də Kanadada mövsümdəki növbəti qələbəsini qazanacağı istisna edilmir.

Kanada Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 2.80
Şarl Lekler 4.00
Serxio Peres 4.33
Karlos Sayns 17.00
Corc Rassell, Lyuis Həmilton 34.00
Lando Norris 101.00

 

Ferstappen nüfuzlu kontorun saytında çempionluğa namizədlər siyahısında da inamla liderlik edir. Lekler çempionatda üçüncü olsa da, titul uğrunda mübarizədə niderlandlının əsas rəqibi hesab olunur – onun şansları çempionatın ikincisi Peresdən 3.5 dəfə çox dəyərləndirilib…

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.36
Şarl Lekler 3.50
Serxio Peres 13.00
Corc Rassell 51.00
Lyuis Həmilton 67.00
Karlos Sayns 81.00

İdarənin əməkdaşları Ferrari-nin xal ala bilmədiyi Bakı yarışında dubl edərək fərqi xeyli artıran Red Bullun uzun zamandan sonra Mühəndislər Kubokunun qalibi olacağına şübhə etmirlər…

Çempionatda qələbə (komandalar) Əmsal
Red Bull 1.33
Scuderia Ferrari 3.50
Mercedes AMG 34.00
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*