F-1.az bildirir ki, hava quru olsa da, güclü külək əsib. Buludlar trasın üzərinə yaxınlaşıb, buna görə də, sürücülər bokslarda vaxt itirməyiblər. Okon 15-ci dədiqədə sağ ön təkəri tüstüləndiyi üçün boksa gəlib. Məlum olub ki, problemə səbəb əyləc kanallarına zibilin dolması imiş. Fransız sürücü tezliklə trasa qayıdıb.
Ferstappen asılqanlardan şikayət edib. Problem həll olunub və Maks yenidən trasa qayıdıb. Tsunoda 9-cu döngədə beton maneə ilə təmas edib və maşını yoxlamaq üçün mexaniklərə çatdırıb. Saynsın önünə köstəbək çıxıb. Yaırşdan əvvəl heyvanların oradan köçürülməsinə çalışılmışdı, bu yəqin ki, diqqətlərdən yayına bilib.
Maks Ferstappen 1:15.158-lik nəticə ilə protokollara başçılıq edib. Yağış imkan verərsə, sürücüləri bu gün daha bir məşq sessiyası gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:15.158 | – | 27 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:15.404 | + 0:00.246 | 34 |
3 | 14 | Fernando Alonso | Alpine | 1:15.531 | + 0:00.373 | 30 |
4 | 11 | Serxio Peres | Red Bull | 1:15.619 | + 0:00.461 | 32 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1:15.666 | + 0:00.508 | 29 |
6 | 63 | Corc Rassell | Mercedes | 1:15.822 | + 0:00.664 | 28 |
7 | 18 | Ləns Stroll | Aston Martin | 1:15.877 | + 0:00.719 | 32 |
8 | 44 | Lyuis Həmilton | Mercedes | 1:15.877 | + 0:00.719 | 27 |
9 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:16.041 | + 0:00.883 | 33 |
10 | 3 | Daniel Rikkardo | McLaren | 1:16.083 | + 0:00.925 | 29 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | 1:16.165 | + 0:01.007 | 29 |
12 | 4 | Lando Norris | McLaren | 1:16.211 | + 0:01.053 | 17 |
13 | 23 | Aleksander Elbon | Williams | 1:16.308 | + 0:01.150 | 29 |
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:16.322 | + 0:01.164 | 33 |
15 | 31 | Esteban Okon | Alpine | 1:16.421 | + 0:01.263 | 25 |
16 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:16.426 | + 0:01.268 | 27 |
17 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:17.152 | + 0:01.994 | 30 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:17.223 | + 0:02.065 | 25 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:17.241 | + 0:02.083 | 32 |
20 | 20 | Kevin Maqnussen | Haas | 1:17.555 | + 0:02.397 | 30 |