F-1.az bildirir ki, motorçular ənənəvi olaraq Kanada Qran Prisindən əvvəl mühərrikləri yeniləyiblər. Ferrari, Renault və Honda-nın müştəriləri mövsümdə ikinci güc qurğularını alıblar. Mercedes-in mühəndisləri isə motorun etibarlılığı probleminə görə yenilənmələri son anda Fransa Qran Prisinədək təxirə salıblar. Həm Mercedes-in, həm də müştəri komandaların sürücüləri Melburndan bəri istifadə etdikləri motorlarla yarışmalı olublar.
Bu amil qüvvələr nisbətinə öz təsirini göstərib. Mercedes-in buradakı üç illik dominantlığından sonra bu dəfə bütün sərbəst yürüşlərdə Ferstappen hamıdan sürətli olub, poulu isə Sebastyan Fettel qazanıb. Start düzümündə birinci cərgəni Fettel və Bottas, ikinci cərgəni Ferstappen və Həmilton, üçüncü cərgəni isə Rəykkönen və Rikkardo zəbt ediblər.
Pirelli Monreala ən yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft təkərləri gətirib. Ferrari və Mercedes sürücüləri sıralanma turunun ikinci sessiyasında UltraSoft-larla nəticə göstərdikləri üçün elə bu tərkiblə start alıblar.
Fettel startda mövqeyini verməyib, Ferstappen Bottasa hücum edib, lakin finlandiyalı sürücü ikinci yerdə qalıb. Rikkardo Rəykköneni ötüb. Stroll və Hartli toqquşublar – hər iki sürücü mübarizəni dayandırıb. Təhlükəsizlik Maşını trasa çıxıb. TM arxasında ilk onluq: Fettel – Bottas – Ferstappen – Həmilton – Rikkardo – Rəykkönen – Okon – Hülkenberq – Sayns – Peres.
Eriksson və Vandorn erkən pit-stop etməli olublar. Beşinci dövrədə restart elan olunub. Fettel yenə liderliyini qoruyub. Peres ikinci döngənin girişində Saynsla təmas yaşayıb və otluğa düşərək xeyli yer itirib. Meksikalı sürücü 10-cu dövrədə pit yoluna üz tutub. Pit-stop dalğası başlayıb – iki dövrə sonra Okon, 14-cü dövrədə Hülkenberq, 15-ci dövrədə Sayns, 17-ci dövrədə Ferstappen və Həmilton, 18-ci dövrədə isə Rikkardo təkərlərini dəyişiblər. Daniel trasa Lyuisin önündə qayıdıb. Lyuisin maşınının motoru çox qızdığından, pit-stop zamanı mexaniklər bəzi elementlləri qapqa əvəzi açmalı olublar.
Alonso 19-cu, Lekler 20-ci, Maqnussen 23-cü, Qasli isə 24-cü dövrədə pit-stopa yollanıb. Hülkenberq və Sayns Qrojanı qabaqlayıblar. Vandorn 17-ci yer uğrunda mübarizədə Erikssonu üstələyib. Rəykkönen 33-cü dövrədə təkərlərini dəyişib və trasa Həmiltonun düz arxasında qayıdıb. Liderlərdən Bottas 37-ci, Fettel isə 38-ci dövrədə pit-stop ediblər. 42-ci dövrədə Alonso güc qurğusundakı problemə görə yavaşlayıb, lakin maşını boksa çatdıra bilib.
50-ci dövrədə Okon pit-stop etməmiş Qrojanı ötüb, Haas sürücüsü nəhayət ki, pit-stopa yollanıb. 51-ci dövrədə ilk onluq: Fettel – Bottas – Ferstappen – Rikkardo – Həmilton – Rəykkönen – Hülkenberq – Sayns – Okon – Lekler.
Bottas dövrəvi sürücü olan Saynsı keçərkən səhvə yol verib və 2 saniyə itirib, lakin yerini qoruyub. Həmilton son dövrələrdə Rikkardo ilə fərqi azaldıb, lakin sürət fərqi hücum üçün kifayət etməyib. Yarışın sonunda damalı bayraq səhvən bir dövrə tez dalğalanıb. Reqlamentə uyğun olaraq protokollar 68-ci dövrənin sonu üçün götürülüb.
Sebastyan Fettel bu mövsüm üçüncü, karyerasında isə 50-ci qələbəsini qazanıb. O, sürücülər çempionatında da yenidən liderliyə yüksəlib. Yarışı liderlə eyni dövrədə yalnız top komandaların sürücüləri başa vura biliblər. Çempionat yenidən Avropaya qayıdır və mübarizə iki həftə sonra Fransada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:28.31.377 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:07.376 | 1 |
3 | 33 | Maks Ferstappen | Red Bull | + 0:08.360 | 1 |
4 | 33 | Daniel Rikkardo | Red Bull | + 0:20.892 | 1 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:21.559 | 1 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:27.184 | 1 |
7 | 27 | Niko Hülkenberq | Renault | + 1 dövrə | 1 |
8 | 55 | Karlos Sayns | Renault | + 1 dövrə | 1 |
9 | 31 | Esteban Okon | Force İndia | + 1 dövrə | 1 |
10 | 16 | Şarl Lekler | Sauber | + 1 dövrə | 1 |
11 | 10 | Pyer Qasli | Toro Rosso | + 1 dövrə | 1 |
12 | 8 | Roman Qrojan | Haas | + 1 dövrə | 1 |
13 | 20 | Kevin Maqnussen | Haas | + 1 dövrə | 2 |
14 | 11 | Serxio Peres | Force İndia | + 1 dövrə | 1 |
15 | 9 | Markus Eriksson | Sauber | + 2 dövrə | 1 |
16 | 2 | Stoffel Vandorn | McLaren | + 2 dövrə | 2 |
17 | 35 | Sergey Sirotkin | Williams | + 2 dövrə | 1 |
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:13.864 (65-ci dövrə, 212.547 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Fernando Alonso | McLaren | 40 | güc qurğusu |
Brendon Hartli | Toro Rosso | 1 | qəza |
Ləns Stroll | Williams | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 121 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 120 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 86 | |
4 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 84 | |
5 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 68 | |
6 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 50 | |
7 | 14 | Fernando Alonso | McLaren F1 Team | 32 | |
8 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 32 | |
9 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 24 | |
10 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 19 | |
11 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 18 | |
12 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 17 | |
13 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 11 | |
14 | 16 | Şarl Lekler | Alfa Romeo Sauber F1 Team | 10 | |
15 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
16 | 18 | Ləns Stroll | Williams Martini Racing | 4 | |
17 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 2 | |
18 | 28 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 206 |
2 | Scuderia Ferrari | Ferrari | 189 |
3 | Aston Martin Red Bull Racing | Renault | 134 |
4 | Renault Sport Formula 1 Team | Renault | 56 |
5 | McLaren F1 Team | Renault | 40 |
6 | Sahara Force İndia F1 Team | Mercedes | 28 |
7 | Red Bull Toro Rosso Honda | Honda | 19 |
8 | Haas F1 Team | Ferrari | 19 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 12 |
10 | Williams Martini Racing | Mercedes | 4 |