F-1.az bildirir ki, sürücülərin demək olar ki, hamısı ən yumşaq tərkibdən istifadə edib. UltraSoft və SuperSoft tərkiblərdən az istifadə olunub.
Sessiya ərzində ciddi səhvlər olmayıb. Vandorn ilk dəqiqələrdə üçüncü döngədən əvvəl əylənmədə səhvə yol verib və təhlükəsizlik cibinə girməyi üstün tutub. Trasa qayıtması isə bir qədər vaxt alıb. Hartli “çempionlar divarı” ilə sərt təmas yaşamaqdan son anda qurtulub. O, eyni zamanda ilk və son döngələri də kəsib. Qrojan güc qurğusundan şikayətlənsə də, yekunda ilk onluğa düşə bilib.
Yuxarıda qeyd etdiyimiz kimi, bu dəfə də protokollara Maks Ferstappen başçılıq edib – 1:11.599. Növbəti yerləri tutan Fettel, Rəykkönen və Həmiltonun nəticələri ona çox yaxındır. Bizi Bakı vaxtı ilə saat 22:00-da olduqca maraqlı sıralanma turu gözləyir.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:11.599 | – | 14 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:11.648 | + 0:00.049 | 22 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:11.650 | + 0:00.051 | 21 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:11.706 | + 0:00.107 | 23 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:12.153 | + 0:00.554 | 29 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:12.255 | + 0:00.656 | 27 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:12.903 | + 0:01.304 | 16 |
8 | 27 | Niko Hülkenberq | Renault | 1:12.946 | + 0:01.347 | 21 |
9 | 8 | Roman Qrojan | Haas | 1:13.014 | + 0:01.415 | 16 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 1:13.034 | + 0:01.435 | 21 |
11 | 31 | Esteban Okon | Force İndia | 1:13.064 | + 0:01.465 | 18 |
12 | 27 | Brendon Hartli | Toro Rosso | 1:13.076 | + 0:01.477 | 24 |
13 | 14 | Fernando Alonso | McLaren | 1:13.225 | + 0:01.626 | 19 |
14 | 55 | Karlos Sayns | Renault | 1:13.331 | + 0:01.732 | 22 |
15 | 10 | Pyer Qasli | Toro Rosso | 1:13.334 | + 0:01.735 | 19 |
16 | 16 | Şarl Lekler | Sauber | 1:13.452 | + 0:01.853 | 19 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:13.488 | + 0:01.889 | 21 |
18 | 35 | Sergey Sirotkin | Williams | 1:13.818 | + 0:02.219 | 18 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:13.925 | + 0:02.326 | 20 |
20 | 18 | Ləns Stroll | Williams | 1:13.968 | + 0:02.369 | 17 |