Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.
F-1.az xəbər verir ki, iki həftə əvvəl Monakoda olduğu kimi, Kanadada da heç kimə cərimə balı yazılmayıb. Növbəti yarış iki həftə sonra Fransada baş tutacaq və bu müddətdə Daniil Kvyat, Kevin Maqnussen və Karlos Saynsın keçən il Monrealda aldığı ballar silinəcək. Bunun nəticəsində Kvyat və Maqnussen bu siyahıda “liderlikdən” düşəcəklər, Sayns isə ümumiyyətlə siyahını tərk edəcək.
Biz artıq bu dəyişiklikləri cədvəldə nəzərə alaraq statistikanı təqdim edirik.
Yer | N | Sürücü | Bal | 1-ci cərimə | 2-ci cərimə | 3-cü cərimə |
1 | 9 | Markus Eriksson | 7 | 2 (ABŞ, 2017) | 3 (Çin, 2018) | 2 (Azərbaycan, 2018) |
2 | 26 | Daniil Kvyat | 5 | 2 (Avstriya, 2017) | 2 (Britaniya, 2017) | 1 (Macarıstan, 2018) |
3 | 20 | Kevin Maqnussen | 5 | 2 (Macarıstan 2017) | 1 (ABŞ, 2017) | 2 (Azərbaycan, 2018) |
4 | 33 | Maks Ferstappen | 5 | 2 (Macarıstan, 2017) | 1 (ABŞ, 2017) | 2 (Çin, 2018) |
5 | 8 | Roman Qrojan | 5 | 1 (Meksika, 2017) | 2 (Braziliya, 2017) | 2 (İspaniya, 2018) |
7 | 28 | Brendon Hartli | 4 | 4 (Bəhreyn, 2018) | ||
8 | 11 | Serxio Peres | 3 | 1 (Belçika, 2017) | 2 (Azərbaycan, 2018) | |
8 | 19 | Felipe Massa | 3 | 3 (Belçika, 2017) | ||
9 | 2 | Stoffel Vandorn | 3 | 2 (Avstriya, 2017) | 1 (İspaniya, 2018) | |
10 | 5 | Sebastyan Fettel | 3 | 3 (Azərbaycan, 2017) | ||
11 | 7 | Kimi Rəykkönen | 3 | 3 (Belçika, 2017) | ||
12 | 14 | Fernando Alonso | 2 | 2 (Yaponiya, 2017) | ||
13 | 35 | Sergey Sirotkin | 2 | 2 (Azərbaycan, 2018) | ||
14 | 10 | Pyer Qasli | 2 | 2 (Çin, 2018) | ||
15 | 3 | Daniel Rikkardo | 2 | 2 (Avstraliya, 2018) | ||
16 | 18 | Ləns Stroll | 1 | 1 (ABŞ, 2017) | ||
17 | 27 | Niko Hülkenberq | 1 | 1 (Əbu Dabi, 2017) | ||
18 | 30 | Colion Palmer | 1 | 1 (İtaliya, 2017) |
Rəsmi xəbərdarlıqlarda vəziyyət bu dəfə dəyişməyib.
Qeyd edək ki, mövsüm ərzində üç rəsmi xəbərdarlıq almış sürücü növbəti yarışın startında 10 yer itirməklə cəzalandırılır.
Yer | N | Sürücü | Tras üzərində | Trasdan kənarda | Ümumi |
1 | 33 | Maks Ferstappen | 1 | 0 | 1 |
2 | 3 | Daniel Rikkardo | 1 | 0 | 1 |
3 | 20 | Kevin Maqnussen | 1 | 0 | 1 |