F-1.az xatırladır ki, Pirelli Monreala ən yumşaq üçlüyü gətirib və sürücülər bu il ilk dəfə HyperSoft təkərlərdən asfaltayatma qüvvəsinə çox ehtiyac olmayan trasda istifadə etmək imkanı qazanıblar.
Fettel sessiyanın ilk yarım saatını boksda keçirməli olub. Red Bull mexanikləri də Rikkardonun maşınının güc qurğusunda birinci sessiyada yaranmış problemi həll etməyə çalışıblar və təmir işi xeyli uzanıb. Sayns startdan 25 dəqiqə sonra yeddinci döngədə qəza edib və maşını zədələyib. O, maşını boksa qədər gətirə bilsə də, sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb asfalta dağılan qırıntılar olub. Beş dəqiqə sonra yaşıl bayraqlar dalğalanıb.
Vandorn da qəza edərək asılqanları zədələyib və təhlükəsizlik zonasında maşını saxlamalı olub. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.
Protokollara bu dəfə də Maks Ferstappen başçılıq edib – 1:12.198. Mercedes sürücüləri HyperSoft təkərlərdən istifadə etməyiblər.
Məşqlər sabah Bakı vaxtı ilə saat 19:00-da davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:12.198 | – | 39 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:12.328 | + 0:00.130 | 42 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | 1:12.603 | + 0:00.405 | 17 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:12.777 | + 0:00.579 | 39 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | 1:12.985 | + 0:00.787 | 24 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:13.061 | + 0:00.863 | 40 |
7 | 8 | Roman Qrojan | Haas | 1:13.620 | + 0:01.422 | 34 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:13.747 | + 0:01.549 | 40 |
9 | 11 | Serxio Peres | Force İndia | 1:13.754 | + 0:01.556 | 40 |
10 | 14 | Fernando Alonso | McLaren | 1:13.866 | + 0:01.668 | 30 |
11 | 16 | Şarl Lekler | Sauber | 1:13.884 | + 0:01.686 | 39 |
12 | 28 | Brendon Hartli | Toro Rosso | 1:13.889 | + 0:01.691 | 42 |
13 | 20 | Kevin Maqnussen | Haas | 1:13.956 | + 0:01.758 | 39 |
14 | 27 | Niko Hülkenberq | Renault | 1:13.967 | + 0:01.769 | 37 |
15 | 9 | Markus Eriksson | Sauber | 1:14.108 | + 0:01.910 | 41 |
16 | 2 | Stoffel Vandorn | McLaren | 1:14.167 | + 0:01.969 | 14 |
17 | 55 | Karlos Sayns | Renault | 1:14.433 | + 0:02.235 | 9 |
18 | 10 | Pyer Qasli | Toro Rosso | 1:14.486 | + 0:02.288 | 39 |
19 | 18 | Ləns Stroll | Williams | 1:14.703 | + 0:02.505 | 40 |
20 | 35 | Sergey Sirotkin | Williams | 1:14.782 | + 0:02.584 | 35 |