Xatırladaq ki, keçən il Monrealda bütün sessiyalar quru havada baş tutmuşdu.
F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava bir qədər buludlu, temperatur maksimum +22 dərəcə olacaq. Şənbə günü günəşli hava gözlənilir və termometrlər +24 dərəcəni göstərəcəklər. Yarışın baş tutacağı bazar günü isə hava dəyişkən buludlu, temperatur +23 dərəcə olacaq. Yağıntı ehtimalı 20%-i keçmir.