F-1.az xəbər verir ki, pouldan start alan, rəqiblərinə hücum şansı verməyən, yarışın sonuna qədər üstünlüyünü qoruyaraq mövsümdə üçüncü, karyerasında isə 50-ci qələbəsini qazanan Ferrari-nin sürücüsü Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Alman sürücü bu il ilk dəfə bu ada layiq görülsə də, keçən il 7 dəfə yarışın ən yaxşısı seçilmişdu. Ümumilikdə isə, artıq 11-ci dəfə azarkeşlərin rəğbətini qazanan Fettel bu saya görə lider olan Maks Ferstappenə çatıb.
Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Fernando Alonso |
Bəhreyn Qran Prisi | Pyer Qasli |
Çin Qran Prisi | Daniel Rikkardo |
Azərbaycan Qran Prisi | Şarl Lekler |
İspaniya Qran Prisi | Lyuis Həmilton |
Monako Qran Prisi | Daniel Rikkardo |
Kanada Qran Prisi | Sebastyan Fettel |