Kanada-2018: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri Monrealdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, Həmilton və Fettelin şansları bu dəfə bərabər qiymətləndirilib. Lyuisin bu trasda dominantlıq etməsi hamıya məlumdur, çox güman ki, əmsallar açıqlanarkən Mercedes-in Monakoda geridə olması da öz təsirini göstərib. Bottasın qalib gəlmək ehtimalını onlardan 3 dəfə az qiymətləndiriblər…

Kanada Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton, Sebastyan Fettel 2.62
Valtteri Bottas 8.86
Daniel Rikkardo 9.00
Maks Ferstappen 10.00
Kimi Rəykkönen 13.00
Fernando Alonso 501.00

 

Həmilton sürücülər çempionatında favorit olaraq qalır – bukmeykerlərin fikrincə, onun şansları Fetteldən iki dəfə çoxdur. Onlar bu mövsüm bu ikilidən başqa bir sürücünün titul qazanacağına çox da inanmırlar…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.50
Sebastyan Fettel 3.00
Daniel Rikkardo 21.00
Valtteri Bottas 34.00
Kimi Rəykkönen, Maks Ferstappen 101.00

 

Mühəndislər Kubokunun favoriti, deyəsən, heç dəyişməyəcək…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.28
Ferrari 4.00
Red Bull 21.00
Force İndia, Renault, Haas, McLaren 2001.00
Williams, Toro Rosso, Sauber 4001.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*