Derek Deli 1978-1982-ci illərdə Formula1 üzrə dünya çempionatında 64 Qran Pridə çıxış edərək 48 yarışda start alıb, ən yaxşı nəticəsini isə 1980-ci ildə Argentina Qran Prisində dördüncü yeri tutmaqla əldə edib.
F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, bu həftəsonu Bakıda baş verəcək mübahisəli insidentləri Derek Deli ilə birlikdə FİA institutunun prezident müavini Qarri Konelli və FİA-nın vitse-prezidenti Xose Abed araşdıracaqlar.