F-1.az xəbər verir ki, komandalar bu gün təkərlərin səmərəliliyini yoxlamağa və sazlanmalar üzərində işləməyə davam ediblər. Sessiyanın əvvəlində sürücülərin əksəriyyəti Soft və SuperSoft tərkiblərlə trasa çıxıb. Monakoda olduğu kimi, burada da təkərləri qızdırmaq üçün ardıcıl dövrələr vurmaq lazım gəlib.
Növbəti dəqiqələrdə UltraSoft təkərlərə üstünlük verilib. Eriksson, Həmilton, Palmer və Maqnussen trasdan çıxsalar da, maşınlara heç bir zərər dəyməyib. Sessiya insidentsiz ötüşüb.
Ferrari-nin üstünlüyü bu gün daha çox olub – Sebastyan Fettel 1:12.574-lük nəticə ilə protokollara başçılıq edib. Rəykkönen ikinci, Həmilton isə üçüncü olub. Fettelin nəticəsi trasın rekord nəticəsinə (1:12.275 – Ralf Şumaxer, 2004-cü il) xeyli yaxınlaşıb və biz sıralanma turunda yeni rekord görə bilərik.
Bakı vaxtı ilə saat 21:00-dan etibarən bizi poul uğrunda olduqca gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:12.572 | – | 20 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:12.864 | + 0:00.292 | 19 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:12.926 | + 0:00.354 | 22 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:12.965 | + 0:00.393 | 22 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:13.210 | + 0:00.638 | 24 |
6 | 27 | Niko Hülkenberq | Renault | 1:13.493 | + 0:00.921 | 20 |
7 | 19 | Felipe Massa | Williams | 1:13.527 | + 0:00.955 | 22 |
8 | 3 | Daniel Rikkardo | Red Bull | 1:13.545 | + 0:00.973 | 35 |
9 | 31 | Esteban Okon | Force İndia | 1:13.635 | + 0:01.063 | 26 |
10 | 55 | Karlos Sayns | Toro Rosso | 1:13.667 | + 0:01.095 | 22 |
11 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:13.788 | + 0:01.216 | 23 |
12 | 14 | Fernando Alonso | McLaren | 1:13.885 | + 0:01.313 | 18 |
13 | 11 | Serxio Peres | Force İndia | 1:13.956 | + 0:01.384 | 27 |
14 | 8 | Roman Qrojan | Haas | 1:13.994 | + 0:01.422 | 19 |
15 | 30 | Colion Palmer | Renault | 1:14.102 | + 0:01.530 | 22 |
16 | 2 | Stoffel Vandorn | McLaren | 1:14.228 | + 0:01.656 | 22 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:14.392 | + 0:01.820 | 18 |
18 | 18 | Ləns Stroll | Williams | 1:14.409 | + 0:01.837 | 25 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:14.883 | + 0:02.311 | 25 |
20 | 94 | Paskal Verlyayn | Sauber | 1:14.965 | + 0:02.393 | 25 |