Kanada-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Monreal trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar 1-ci, 2-ci, 3-cü, 7-ci, 8-ci və 10-cu döngələrdə müdafiə relslərini divar əvəzləyib – divarın qarşısında müxtəlif hündürlüklü təhlükəsizlik sistemləri quraşdırılıb. Bu cür yeni təhlükəsizlik sistemi trasın 14-cü döngəsindən finiş xəttinədək də quraşdırılıb.

Bundan başqa, 8-ci döngədə çınqıllı zonaya asfalt döşənib, 13-cü döngədə süni ot örtüyü də asfalt örtüyü ilə əvəzlənib. Yuxarıda adı çəkilən döngələrin hamısında işlənmiş təkərlərdən qurulmuş baryerlər müasir TecPro baryerləri ilə dəyişdirilib.

 

FİA-nın saytına istinadən bildiririk ki, ötmə zonaları Monrealda dəyişməz qalır. Doqquzuncu döngədən 110 metr sonra yerləşən yeganə interval ölçmə nöqtəsində iki maşın arasındakı fərq 1 saniyədən az olarsa, onda arxada olan sürücü ardıcıl iki DRS zonasında arxa qanadın hərəkətli elementini aktivləşdirərək hücum edə biləcək. Birinci ötmə zonası 12-ci döngədən 55 metr, ikinci ötmə zonası isə 14-cü döngədən 70 metr sonra başlayır.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*