Kanada-2017: Sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xatırladır ki, dünən baş tutan Kanada Qran Prisində Daniil Kvyat, Kevin Maqnussen və Karlos Sayns cərimələniblər – onların hər birinə 2 cərimə balı verilib. Növbəti yarışa iki həftə var və bu müddətdə yalnız Kimi Rəykkönenin keçən il Avropa Qran Prisində aldığı 2 cərimə balı silinəcək (aşağıdakı cədvəldə nəzərə alınıb, finlandiyalı sürücünün hesabında başqa cərimə balı olmadığından, adı cədvəldən çıxarılıb).

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 30 Colin Palmer 7 2 (Avstriya, 2016) 2 (Əbu Dabi, 2016) 3 (Çin, 2017)
2 55 Karlos Sayns 7 2 (Almaniya, 2016) 1 (Meksika, 2016) 2 (Bəhreyn, 2017) 2 (Kanada, 2017)
3 6 Niko Rosberq 6 2 (Avstriya, 2016) 2 (Almaniya, 2016) 2 (Malayziya, 2016)
4 5 Sebastyan Fettel 6 2 (Britaniya, 2016) 2 (Malayziya, 2016) 2 (Meksika, 2016)
5 21 Esteban Qutyerres 5 2 (Macarıstan, 2016) 3 (Belçika, 2016)
6 26 Daniil Kvyat 5 2 (ABŞ, 2016) 1 (Meksika, 2016) 2 (Kanada, 2017)
7 20 Kevin Maqnussen 5 2 (ABŞ, 2016) 1 (Rusiya, 2017) 2 (Kanada, 2017)
8 11 Serxio Peres 5 3 (Sinqapur, 2016) 2 (Monako, 2017)
9 27 Niko Hülkenberq 4 4 (Çin, 17)
10 12 Felipe Nasr 4 2 (Avsriya, 2016) 2 (İtaliya, 2016)
11 31 Esteban Okon 4 2 (Sinqapur, 2016) 2 (Braziliya, 2016)
12 8 Roman Qrojan 3 3 (Çin, 2017)
13 2 Stoffel Vandorn 3 1 (Rusiya, 2017) 2 (İspaniya, 2017)
14 94 Paskal Verlyayn 2 2 (İspaniya, 2017)
15 22 Censon Batton 2 2 (Monako, 2017)
16 88 Rio Haryanto 2 2 (Avstriya, 2016)
17 19 Felipe Massa 2 2 (Braziliya, 2016)
18 44 Lyuis Həmilton 2 2 (Bəhreyn, 2017)
19 33 Maks Ferstappen 1 1 (Meksika, 2016)
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*