F-1.az xəbər verir ki, sürücülərin çoxu sessiyanın əvvəlində SuperSoft təkərlərlə trasa çıxıb. Sonra isə UltraSoft-lara keçiblər. Monakoda olduğu kimi, burada da təkərləri qızdırmaq üçün bir neçə dövrə vurmaq lazım gəlib.
Sessiyanın gedişində Qrojanın maşını üç dəfə yerində fırlanıb. Vandorn, Bottas, Fettel, Kvyat və Peres də maşını yerində fırlanan digər sürücülər olublar. Motor problemi ilə qarşılaşan Rikkardo maşını boksa gətirib və cümə günü məşqlərini yekunlaşdırıb.
Sona 20 dəqiqə qalmış Ferstappen də komanda yoldaşı ilə eyni problemi yaşayıb – güc itkisinə görə maşını saxlamalı olub və sessiya qırmızı bayraqlarla dayandırılıb. RB13-ün təxliyəsi üçün bir neçə dəqiqə kifayət edib – marşallar onu təhlükəsizlik zonasına çəkiblər.
Protokllara 1:12.935-lik nəticə ilə Kimi Rəykkönen başçılıq edib. Ən böyük məsafəni isə Esteban Okon qət edib – 46 dövrə.
Məşqlər sabah Bakı vaxtı ilə 18:00-da davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:12.935 | – | 41 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:13.150 | + 0:00.215 | 41 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:13.200 | + 0:00.265 | 41 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:13.310 | + 0:00.375 | 42 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:13.388 | + 0:00.453 | 25 |
6 | 19 | Felipe Massa | Williams | 1:14.063 | + 0:01.128 | 38 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:14.245 | + 0:01.310 | 19 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:14.299 | + 0:01.364 | 46 |
9 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:14.461 | + 0:01.526 | 38 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:14.501 | + 0:01.566 | 41 |
11 | 8 | Roman Qrojan | Haas | 1:14.566 | + 0:01.631 | 33 |
12 | 27 | Niko Hülkenberq | Renault | 1:14.604 | + 0:01.669 | 38 |
13 | 55 | Karlos Sayns | Toro Rosso | 1:14.621 | + 0:01.686 | 43 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:14.676 | + 0:01.741 | 35 |
15 | 3 | Daniel Rikkardo | Red Bull | 1:15.072 | + 0:02.137 | 8 |
16 | 30 | Colion Palmer | Renault | 1:15.127 | + 0:02.192 | 40 |
17 | 18 | Ləns Stroll | Williams | 1:15.240 | + 0:02.305 | 40 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:15.611 | + 0:02.676 | 31 |
19 | 2 | Stoffel Vandorn | McLaren | 1:15.624 | + 0:02.689 | 20 |
20 | 94 | Paskal Verlyayn | Sauber | 1:16.308 | + 0:03.373 | 31 |