Kanada-2017: Həftəsonuna ilkin hava proqnozu

Kanadada keçiriləcək mövsümün yeddinci yarışı üçün yerli meteoroloqlar tərəfindən ilkin hava proqnozu elan olunub – Monrealda həftəsonuna dəyişkən hava şəraiti vəd edilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü 60% ehtimalla şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Temperatur +21 dərəcəyə qədər qalxacaq. Şənbə və bazar günləri isə hava buludlu olacaq və yağış ehtimalı 20%-ə qədər azalacaq. Hava isə +23 dərəcəyə qədər qızacaq.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*