F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava buludlu olacaq və yağış yağma ehtimalı 60%-dir. Temperatur +23 dərəcəyə çatacaq. Şənbə günü səmada daha az bulud olacaq, lakin termometrlər +22 dərəcədən yuxarını göstərməyəcəklər. Yağış gözlənilmir, amma gecə və ya bazar günü səhər yağması mümkündür.
Bazar günü külək güclənəcək, hava +26 dərəcəyə qədər qızacaq. Yarışın baş tutacağı saatlara yağış proqnozlaşdırılmır. Belə ki, yarış quru və ya qurumaqda olan trasda keçiriləcək…
Xatırladaq ki, keçən il Jil Vilnöv adına trasda bütün sessiyalar quru havada baş tutmuşdu.