F-1.az xəbər verir ki, yarışa ikinci yerdən başlayan, startda Maks Ferstappenlə təmasdan sonra maşınının ön qanadı qırılan, erkən pit-stopdan sonra 18-ci pilləyə qədər geriləməsinə baxmayaraq, finiş xəttini dördüncü keçən Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Sebastyan cari mövsümdə Avstraliya, Bəhreyn, İspaniya və Monako Qran Prilərindən sonra beşinci dəfə bu ada layiq görülür.
Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Sebastyan Fettel |
Çin Qran Prisi | Maks Ferstappen |
Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
Rusiya Qran Prisi | Valtteri Bottas |
İspaniya Qran Prisi | Sebastyan Fettel |
Monako Qran Prisi | Sebastyan Fettel |
Kanada Qran Prisi | Sebastyan Fettel |