Kanada-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az xəbər verir ki, Williams komandası iki yarışlıq fasilədən sonra yenidən zirvəyə qayıdıb. Felipe Massanın ilk dövrədə qəzaya uğrayaraq mübarizəni dayandırmasından sonra Qrouv təmsilçisinin mexaniklərinin özlərini göstərmək üçün cəmi bir şansları olub. Lakin onlar bu şansı qaçırmayıblar – Ləns Strollun maşınının dörd təkəri cəmi 2.17 saniyədə dəyişilib. Bu, təkcə Kanada Qran Prisinin yox, həm də cari mövsümün indiyə qədər ən sürətli pit-stopudur. Qeyd edək ki, builki pit-stoplar daha enli təkərlərə keçidlə əlaqədar, keçənilkilər qədər sürətli deyil. Williams mexanikləri rəqiblərini bu mövsüm dördüncü dəfə, Bəhreyn Qran Prisindən bəri ilk dəfə üstələyirlər.

Mercedes AMG mexanikləri də sürətlərinə görə fərqləniblər – onlar Bottas və Həmiltonun pit-stoplarına görə müvafiq olaraq, ikinci və dördüncü yerləri tutublar və komanda təkcə yarışda yox, burada da ən çox xalı qazanıb. Yarışda üçüncü ən sürətli təkərdəyişmə əməliyyatı isə Peresin maşınında yerinə yetirilib. Ferrari komandası sürücülərini 4 dəfə pit-stopa çağırsa da, cəmi iki nəticə ilk onluğa düşüb. McLaren komandasının irəliləyişi də gözəçarpandır – mexaniklərin işi komandanın xal zonasında iki yer tutmasına şərait yaradıb.

Renault və Sauber komandaları isə hələ də fərqlənə bilməyiblər…

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
Williams 40 25 31 20 12 12 25 170
Mercedes AMG 26 1 8 20 40 33 30 158
Red Bull 6 27 19 25 18 25 8 128
Force İndia 6 12 30 4 1 4 17 74
Toro Rosso 12 10 1 20 20 10 0 73
Ferrari 11 20 10 1 6 1 16 65
McLaren 0 0 2 6 0 8 5 21
Haas 0 6 0 0 4 8 0 18
Renault 0 0 0 0 0 0 0 0
Sauber 0 0 0 0 0 0 0 0
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*