F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər bu il ilk dəfə Fetteli qələbəyə əsas namizəd hesab ediblər. Həmiltonun şansları da ona yaxın qiymətləndirilir. Digər sürücülərə verilən əmsallar isə xeyli yüksəkdir – yəni onların qalib gələcəyinə inam azdır…
Kanada Qran Prisində qələbə (sürücülər) | |
Sebastyan Fettel | 2.20 |
Lyuis Həmilton | 2.37 |
Valtteri Bottas | 7.50 |
Kimi Rəykkönen | 11.00 |
Maks Ferstappen | 26.00 |
Daniel Rikkardo | 29.00 |
Serxio Peres, Felipe Massa | 501.00 |
Ferrari-nin bu il yaxşı təsir bağışlaması və Fettelin Monakoda mövsümdə üçüncü qələbəsini qazanması bukmeykerlərin titulun əsas favoriti barədə fikirlərini də dəyişib. Hazırda çempionatda lider olan Fettelə inam daha çoxdur, lakin onlar Həmilton faktorunu da unutmurlar. Digər sürücüləri isə demək olar ki, şanslı hesab etmirlər…
Çempionatda qələbə (sürücülər) | |
Sebastyan Fettel | 1.67 |
Lyuis Həmilton | 2.50 |
Valtteri Bottas | 34.00 |
Kimi Rəykkönen | 67.00 |
Daniel Rikkardo, Maks Ferstappen | 201.00 |
Ferrari Monakoda Mühəndislər Kubokunda liderliyi ələ alsa da, William Hill-in əməkdaşları mövsümün yekununda Mercedes AMG-nin qələbəyə sevinəcəyinə daha çox inanırlar. Lakin əmsallar iki həftə əvvəlki ilə müqayisədə Ferrari-nin xeyrinə dəyişib. Qeyd edək ki, iki komanda arasında çempionatda xal fərqi 17-dir…
Çempionatda qələbə (komandalar) | |
Mercedes AMG | 1.67 |
Ferrari | 2.20 |
Red Bull | 151.00 |
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber | 1501.00 |