F-1.az bildirir ki, artıq sessiyanın 4-cü dəqiqəsində sarı bayraqlar yellənib – Karlos Saynsın maşını tüstülənib və 11-ci döngədə dayanıb. Sürücü kokpiti tərk edib və onun üçün sessiya başa çatıb. 18-ci dəqiqədə 6-cı döngədə porebiklərə hücum edən Kimi Rəykkönenin maşını yerində fırlanıb. Lakin finlandiyalı sürücü işini davam etdirib. Oxşar hadisə bir qədər sonra ilk döngədə Sebastyan Fettelin başına gəlib. Hülkenberq də 6-cı döngədə yerində fırlanıb.
Fernando Alonsonun maşınındakı problem gec həll olunduğundan kokpitə sessiyanın sonlarına yaxın əyləşə bilib. Lakin cəmi bir sürətli dövrə vuran Fernando hidravlika probleminə görə dayanmalı olub və maşını olduqca əsəbi halda tərk edib. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:13.809. Fettel ona 0.198 saniyə uduzub.
Məşqlər Bakı vaxtı ilə saat 22:00-da davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:13.809 | – | 36 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:14.007 | + 0:00.198 | 28 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:14.046 | + 0:00.237 | 21 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:14.230 | + 0:00.421 | 28 |
5 | 11 | Serxio Peres | Force İndia | 1:14.578 | + 0:00.769 | 34 |
6 | 31 | Esteban Okon | Force İndia | 1:14.785 | + 0:00.976 | 35 |
7 | 33 | Maks Ferstappen | Red Bull | 1:14.861 | + 0:01.052 | 19 |
8 | 19 | Felipe Massa | Williams | 1:15.106 | + 0:01.297 | 31 |
9 | 3 | Daniel Rikkardo | Red Bull | 1:15.441 | + 0:01.632 | 23 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:15.658 | + 0:01.849 | 26 |
11 | 2 | Stoffel Vandorn | McLaren | 1:15.943 | + 0:02.134 | 29 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:16.233 | + 0:02.424 | 25 |
13 | 18 | Ləns Stroll | Williams | 1:16.313 | + 0:02.504 | 36 |
14 | 8 | Roman Qrojan | Haas | 1:16.345 | + 0:02.536 | 18 |
15 | 27 | Niko Hülkenberq | Renault | 1:16.473 | + 0:02.664 | 27 |
16 | 14 | Fernando Alonso | McLaren | 1:16.521 | + 0:02.712 | 13 |
17 | 9 | Markus Eriksson | Sauber | 1:16.805 | + 0:02.996 | 24 |
18 | 30 | Colion Palmer | Renault | 1:17.004 | + 0:03.195 | 26 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:17.606 | + 0:03.797 | 28 |
20 | 55 | Karlos Sayns | Toro Rosso | – | – | 1 |