Kanada-2016: Üçüncü stüard – Derek Uorik

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Derek Uorik kömək edəcək.

Derek Uorik 1981-ci ildə Toleman komandası ilə Formula1-də debüt edib, daha sonra Renault, Brabham, Arrows və Lotus komandalarında çıxış etməklə 146 yarışda start alıb. Dörd dəfə podiuma qalxan britaniyalı sürücü karyerasını 1993-cü ildə başa vurub.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, stüardlar briqadasında Dereklə bərabər Almaniyanın DMSB avtoklubunun həmsədri Gerd Ennser və Porsche Supercup, 3.5 V8 Formula-nın və Britaniya Turinq çempionatının stüardlar briqadasının daimi  sədri Stiv Strinqvell çalışacaqlar…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*