F-1.az xəbər verir ki, sürücülər UltraSoft təkərlərlə dövrələr seriyasında işləyiblər – təkərlər qızdıqdan sonra yeyildikləri üçün effektivliklərini itiriblər. Hamıdan yaxşı bu problemin öhdəsindən Red Bull komandası gəlib – Maks Ferstappen uzun müddət protokollara başçılıq edib. Sonra Ferrari komandası sazlanmalara düzəliş edib və Fettel liderliyi ələ alıb – 1:14.068.
Yenə də damcılamağa başlayan yağış altında Fettel 74 saniyədən sürətli nəticə göstərib – amma sonra tras sürüşkən olub və sessiyanın sonuna 13 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanmağa başlayıb. Maqnussen 7-ci döngənin çıxışında divara çırpılıb – qərara alınıb ki, sessiya davam etdirilməsin. Qəza zamanı Kevin zədələnməsə də tibbi mərkəzə göndərilib, amma tezliklə sürücü komandasının boksuna qayıdıb.
Nəticələr çox sıx alınıb – ilk 11 sürücü bir saniyəyə yerləşib. Bizi maraqlı sıralanma turu gözləyir!
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:13.919 | – | 21 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:14.158 | + 0:00.239 | 19 |
3 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:14.316 | + 0:00.397 | 22 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:14.332 | + 0:00.413 | 21 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:14.334 | + 0:00.415 | 19 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:14.487 | + 0:00.568 | 22 |
7 | 55 | Karlos Sayns | Toro Rosso | 1:14.655 | + 0:00.736 | 21 |
8 | 14 | Fernando Alonso | McLaren | 1:14.801 | + 0:00.882 | 19 |
9 | 11 | Serxio Peres | Force İndia | 1:14.886 | + 0:00.967 | 21 |
10 | 19 | Felipe Massa | Williams | 1:14.890 | + 0:00.971 | 18 |
11 | 27 | Niko Hülkenberq | Force İndia | 1:14.918 | + 0:00.999 | 20 |
12 | 77 | Valtteri Bottas | Williams | 1:14.985 | + 0:01.066 | 20 |
13 | 22 | Censon Batton | McLaren | 1:15.023 | + 0:01.104 | 17 |
14 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:15.199 | + 0:01.280 | 20 |
15 | 21 | Esteban Qutyerres | Haas | 1:15.444 | + 0:01.525 | 16 |
16 | 30 | Colion Palmer | Renault | 1:15.656 | + 0:01.737 | 19 |
17 | 8 | Roman Qrojan | Haas | 1:15.704 | + 0:01.785 | 14 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:16.078 | + 0:02.159 | 24 |
19 | 20 | Kevin Maqnussen | Renault | 1:16.085 | + 0:02.166 | 17 |
20 | 12 | Felipe Nasr | Sauber | 1:16.326 | + 0:02.407 | 24 |
21 | 94 | Paskal Verlyayn | Manor | 1:16.622 | + 0:02.703 | 18 |
22 | 88 | Rio Haryanto | Manor | 1:16.901 | + 0:02.982 | 15 |