1977-ci ildə fransız kanadalılar Jil Vilnövün çıxışından ruhlanaraq Kvebekdə yeni tras tikilməsi fikrini səsləndirdilər, amma sıfırdan avtodrom tikmək uzun və baha başa gələn iş olduğundan, 1967-ci ildə EKSPO-67 sərgisi üçün süni yaradılmış İle Notre Dame adasından istifadə etməyi qərara aldılar (bu adadakı bəzi qurğular 1976-cı il Olimpiadasında istifadə olunmuşdu). Şəhər hökuməti 2 milyon dollar tapdı, düz yollar sahəsini bir-biri ilə əlaqəndirdilər və 1978-ci ildə Kanada Qran Prisinə hər şey hazır idi.
Kanada Qran Prisinin bu trasda ilk qalibi (Formula1-də indiyə kimi cəmi 7 kanadalı sürücü olub) Jil Vilnöv oldu, o, Ferrari 312T3-ün sükanı arxasında 4500 metrlik trasın 70 dövrəsinə 1 saat 57 dəqiqə 49 saniyə vaxt sərf etdi. 1982-ci ildə Zolderdə sıralanma turunda Jil həlak olduqdan sonra bu trasa onun adı verildi.
Mərhələnin tarixi faciə və zəfərlərlə doludur. Burada qalibi əvvəlcədən söyləmək çətindir, adətən podiuma çempionatda qələbə uğrunda yarışan pilotlar çıxmırlar, çempionatın liderlərinin bəxti isə burada az gətirir…
FORMULA 1 GRAND PRIX DU CANADA 2016 | ||||
Tarix | Tras | Dövrənin uzunluğu | Dövrələrin sayı | Yarış məsafəsi |
10-12 iyun 2016 | Circuit Gilles Villeneuve | 4361 m | 70 | 305.270 km |
Rəsmi sayt |
TRASIN XARAKTERİSTİKASI
Kanada trası əyləclərə, motora və təkərlərə çox tələbkardır, aerodinamikaya isə sakit yanaşır – bu mövsümün birinci yarışıdır ki, komandalar maşını ən az asfalta yatma qüvvəsinə sazlayırlar, bu isə özünü qüvvələr nisbətində göstərə bilər.
Bir problemin həlli digər problemin peyda olması ilə mşayiət olunur – bu mövsüm hələ istifadə olunmamış maşın konfiquarasiyası üçün optimal balans və sazlanmaları tapmaq lazımdır – arxada qalan yarışlarda güclü asfalta yatma qüvvəsi lazım idi, ona görə də sərbəst yürüşlərdə də tras boş qalmır.
Asılqanlar eyni zamanda həm yumşaq olmalıdırlar ki, sürücülər porebriklərə effektiv hücum edə bilsin, həm də sərt olmalıdırlar ki, sürücülər şikanalarda hərəkətin istiqamətini dəyişə bilsinlər. Optimal kompromisi tapmaq asan deyil – məşqlərdə axtarış çox vaxt aparır, çünki simulyatorda trası tam canlandırmaq olmur – qışda şaxta zamanı asfaltın xarakteristikası tam dəyişir.
Sürətlənmələrin çoxluğu üzündən arxa təkərlər tez yeyilir, təkərlərin dənlə örtülməsi problemə çevrilir, amma Monrealın əsas problemi əyləclərdir. Soyutma sistemi onları soyutmağı çatdıra bilmir, düzlüklər elə də uzun deyil, bir dövrədə 4 ciddi əylənmə nöqtəsi var – düzlüklər şikanalarla parçalanıb, ona görə də əyləc və ötürmələr qutusu çox yüklənir.
Digər traslarla müqayisədə Monrealda qazanılan poul minimum rol oynayır. Son 20 ildə poul qazanan cəmi 8 sürücü qələbə qazana bilib.
Son 17 ildə baş tutan yarışlardan 12-də Təhlükəsizlik Maşını trasa çıxıb. Yanacaq sərfiyyatı da olduqca yüksəkdir, ona görə də sürücülər yanacağa qənaət etmək yolları axtarırlar.
2015-ci ilin Kanada Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Günəşli. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:16.212 |
2-ci sərbəst yürüşlər | Buludlu. Yağışlı | Lyuis Həmilton | Mercedes AMG | 1:15.988 |
3-cü sərbəst yürüşlər | Günəşli. Quru | Niko Rosberq | Mercedes AMG | 1:15.660 |
Sıralanma turu | Günəşli. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:14.393 |
Yarışda sürətli dövrə | Günəşli. Quru | Kimi Rəykkönen | Ferrari | 1:16.987 |
TELEYAYIM
F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Kanada Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…
Monako Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
10 iyun | 1-ci sərbəst yürüşlər | 18:00 | – |
10 iyun | 2-ci sərbəst yürüşlər | 22:00 | – |
11 iyun | 3-cü sərbəst yürüşlər | 18:00 | – |
11 iyun | Sıralanma turu | 21:00 | 20:50 |
12 iyun | Yarış | 22:00 | 21:50 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Yumşaq təkərlər maşınlarda çatışmaz dönüşlük yaradırlar, bunu isə ancaq arxa təkərləri daha güclü yükləməklə kompensə etmək olar. Arxa təkərlər isə sürətlənmələr üzündən lap çox yeyilir.
Pirelli şirkəti iki həftə əvvəl Monakoya gətirdiyi Soft, SuperSoft və UltraSoft tərkiblərini Monreala da gətirəcək, amam təkərlərin yeyilməsi Knyazlıqda olduğundan yüksək olacaq. Keçən il sürücülərin çoxu yarış məsafəsini bir pit-stopla başa vurmuşdu, amma bu dəfə pit-stopların sayı çox ola bilər.
Maraqlıdır ki, Renault və Haas komandası SuperSoft tərkibli təkərlər seçməyiblər.
Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
Lyuis Həmilton | Mercedes AMG | 3 | 2 | 8 |
Niko Rosberq | Mercedes AMG | 3 | 2 | 8 |
Sebastyan Fettel | Ferrari | 3 | 3 | 7 |
Kimi Rəykkönen | Ferrari | 3 | 3 | 7 |
Valtteri Bottas | Williams | 2 | 4 | 7 |
Felipe Massa | Williams | 3 | 3 | 7 |
Daniel Rikkardo | Red Bull | 4 | 2 | 7 |
Maks Ferstappen | Red Bull | 4 | 2 | 7 |
Niko Hülkenberq | Force İndia | 4 | 3 | 6 |
Serxio Peres | Force İndia | 4 | 3 | 6 |
Kevin Maqnussen | Renault | 5 | 0 | 8 |
Colion Palmer | Renault | 5 | 0 | 8 |
Daniil Kvyat | Toro Rosso | 2 | 4 | 7 |
Karlos Sayns | Toro Rosso | 2 | 4 | 7 |
Fernando Alonso | McLaren | 3 | 4 | 6 |
Censon Batton | McLaren | 3 | 4 | 6 |
Markus Eriksson | Sauber | 2 | 5 | 6 |
Felipe Nasr | Sauber | 2 | 5 | 6 |
Paskal Verlyayn | Manor | 3 | 4 | 6 |
Rio Haryanto | Manor | 3 | 4 | 6 |
Roman Qrojan | Haas | 3 | 0 | 10 |
Esteban Qutyerres | Haas | 3 | 0 | 10 |
STATİSTİKA
Hazırkı pilotların Kanada Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
L.Həmilton | 8 | 100 | 4 | 5 | 4 |
S.Fettel | 7 | 93 | 3 | 3 | 1 |
F.Alonso | 13 | 68 | 1 | 3 | 1 |
N.Rosberq | 9 | 62 | 1 | 2 | – |
C.Batton | 15 | 61 | 1 | 3 | 1 |
K.Rəykkönen | 12 | 52 | – | 2 | 1 |
F.Massa | 12 | 34 | – | – | – |
D.Rikkardo | 5 | 25 | – | – | – |
V.Bottas | 3 | 21 | – | 1 | – |
R.Qrojan | 4 | 19 | – | 1 | – |
S.Peres | 5 | 15 | – | 1 | – |
N.Hülkenberq | 6 | 14 | – | – | – |
K.Maqnussen | 1 | 2 | – | – | – |
D.Kvyat | 2 | 2 | – | – | – |
M.Eriksson | 2 | – | – | – | – |
E.Qutyerres | 2 | – | – | – | – |
M.Ferstappen | 1 | – | – | – | – |
K.Sayns | 1 | – | – | – | – |
F.Nasr | 1 | – | – | – | – |
C.Palmer | – | – | – | – | – |
P.Verlyayn | – | – | – | – | – |
R.Haryanto | – | – | – | – | – |
Kanada Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
07.06.2015 | J.Vilnöv ad. | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
08.06.2014 | J.Vilnöv ad. | N.Rosberq | Mercedes AMG | D.Rikkardo | Red Bull |
09.06.2013 | J.Vilnöv ad. | S.Fettel | Red Bull | S.Fettel | Red Bull |
10.06.2012 | J.Vilnöv ad. | S.Fettel | Red Bull | L.Həmilton | McLaren |
12.06.2011 | J.Vilnöv ad. | S.Fettel | Red Bull | C.Batton | McLaren |
13.06.2010 | J.Vilnöv ad. | L.Həmilton | McLaren | L.Həmilton | McLaren |
08.06.2008 | J.Vilnöv ad. | L.Həmilton | McLaren | R.Kubitsa | BMW Sauber |
10.06.2007 | J.Vilnöv ad. | L.Həmilton | McLaren | L.Həmilton | McLaren |
25.06.2006 | J.Vilnöv ad. | F.Alonso | Renault | F.Alonso | Renault |
12.06.2005 | J.Vilnöv ad. | C.Batton | BAR | K.Rəykkönen | McLaren |
13.06.2004 | J.Vilnöv ad. | R.Şumaxer | Williams | M.Şumaxer | Ferrari |
15.06.2003 | J.Vilnöv ad. | R.Şumaxer | Williams | M.Şumaxer | Ferrari |
09.06.2002 | J.Vilnöv ad. | X.Mantoyya | Williams | M.Şumaxer | Ferrari |
10.06.2001 | J.Vilnöv ad. | M.Şumaxer | Ferrari | R.Şumaxer | Williams |
18.06.2000 | J.Vilnöv ad. | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
13.06.1999 | J.Vilnöv ad. | M.Şumaxer | Ferrari | M.Həkkinen | McLaren |
07.06.1998 | J.Vilnöv ad. | D.Kulthard | McLaren | M.Şumaxer | Ferrari |
15.06.1997 | J.Vilnöv ad. | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
16.06.1996 | J.Vilnöv ad. | D.Hill | Williams | D.Hill | Williams |
11.06.1995 | J.Vilnöv ad. | M.Şumaxer | Benetton | J.Alezi | Ferrari |
12.06.1994 | J.Vilnöv ad. | M.Şumaxer | Benetton | M.Şumaxer | Benetton |
13.06.1993 | J.Vilnöv ad. | A.Prost | Williams | A.Prost | Williams |
14.06.1992 | J.Vilnöv ad. | A.Senna | McLaren | G.Berger | McLaren |
02.06.1991 | J.Vilnöv ad. | R.Patreze | Williams | N.Pike | Benetton |
10.06.1990 | J.Vilnöv ad. | A.Senna | McLaren | A.Senna | McLaren |
18.06.1989 | J.Vilnöv ad. | A.Prost | McLaren | T.Butsen | Williams |
12.06.1988 | J.Vilnöv ad. | A.Senna | McLaren | A.Senna | McLaren |
15.06.1986 | J.Vilnöv ad. | N.Mənsell | Williams | N.Mənsell | Williams |
16.06.1985 | J.Vilnöv ad. | E.de Ancelis | Lotus | M.Alboreto | Ferrari |
17.06.1984 | J.Vilnöv ad. | N.Pike | Brabham | N.Pike | Brabham |
12.06.1983 | J.Vilnöv ad. | R.Arnu | Ferrari | R.Arnu | Ferrari |
13.06.1982 | J.Vilnöv ad. | D.Pironi | Renault | N.Pike | Brabham |
27.09.1981 | J.Vilnöv ad. | N.Pike | Brabham | J.Laffit | Ligier |
28.09.1980 | J.Vilnöv ad. | N.Pike | Brabham | A.Cons | Williams |
30.09.1979 | J.Vilnöv ad. | A.Cons | Williams | A.Cons | Williams |
08.10.1978 | J.Vilnöv ad. | J.P.Jarye | Lotus | J.Vilnöv | Ferrari |