Digər faktorlar da var idi. Renault hələ iki həftə əvvəl Monakoda daxili yanma mühərriyinin yeni versiyasını təqdim etmişdi, Kanadada isə bu yenilik Renault Sport F1 və Red Bull komandalarının bütün maşınında qurulmuşdu. Ferrari və Honda Monreala yenilənmiş turbin gətirmişdilər – Kanada trası güc qurğusunun effektivliyinə çox tələbkardır. Bir çox komandalarda maşının aerodinamik konfiqurasiyası ciddi yenilənmişdi.
F-1.az xatırladır ki, sərbəst yürüşlərdə sürücülər soyuq havadan gileyləniblər – Pirelli-nin hətta ən yumşaq təkərlərini işçi rejimə çatdırmaq çox çətin olub. Monakoda olduğu kimi, sürücülər dövrələr seriyasında çalışmalı olublar. Cümə günü hər iki sessiyada Lyuis Həmilton protokollara başçılıq etsə də, bu gün səhər Sebastyan Fettel hamıdan sürətli olub.
Bu gün səhər Kevin Maqnussen 7-ci döngənin çıxışında qəzaya uğrayıb, komanda Monakodakı qəzadan sonra buraya yeni şassi gətirmişdi. Mexaniklər zədələnmiş maşını sıralanma turunun startına kimi bərpa edib qurtara bilməyiblər, ona görə də Kevin boksdan çıxmayıb.
Gün ərzində yağış bir neçə dəfə damcılasa da, asfalt quru olub və sürücülər trasa sliklərdə yollanıblar.
İlk sessiyaya Force İndia komandasının sürücüləri SuperSoft təkərlərlə başlayıblar, digər sürücülərin seçimi isə UltraSoft olub. Sürücülər trasın bir neçə yerində yağış damcılarının düşdüyünü bildiriblər. Colion Palmer “çempionlar divarı”na sürtünüb, amma qəzadan qurtulub.
Haryanto 4-cü döngənin çıxışında baryerlərə toxunub, sağ arxa təkəri deşilən sürücü trasda dayanmalı olub. Protokollara Rosberq başçılıq edib – 1:13.714, mübarizəni isə Renault, Sauber və Manor komandaları tam heyətlə dayandırıblar.
İkinci sessiyaya hamı UltraSoft təkərlərlə başlayıb. Karlos Sayns “çempionlar divarı”na çırpılaraq mübarizəni dayandırıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Qırıntılar yığışdırılıb, 8 dəqiqədən sonra sessiyaya restart verilib.
Həmilton protokollara başçılıq edib – 1:13.076, Rosberq ona cəmi 0.018 saniyə uduzub. Peres, Batton, Kvyat, Qutyerres, Qrojan və Sayns üçün mübarizə başa çatıb.
Son sessiyada Rəykkönen və Massa ilk cəhdlərinə çıxmayıblar, Həmilton isə ilk cəhdində liderliyi əla alıb – 1:12.812. Rikkardo və Fettel “çempionlar divarı”na sürtünüblər, amma mübarizəni davam etdiriblər.
Son cəhdində liderlər nəticələrini yaxşılaşdıra bilməyiblər, Fettel 3-cü yerə yüksəlib, Rikkardo isə Ferstappeni üstələyib.
Lyuis Həmilton Monrealda sıralanma turunda qalib gələrək karyerasında 53-cü, mövsümdə 4-cü və Jil Vilnöv adına trasda 5-ci poulunu qazanıb. Niko Rosberq ikinci nəticə göstərib – Mercedes AMG sürücüləri yenə də ilk cərgəni tam heyətlə zəbt ediblər. İkinci cərgədən Fettel və Rikkardo start alacaqlar. Ferstappen və Rəykkönen birinci döngədə komanda yoldaşlarını qabaqlamağa çalışacaqlar.
Yarışın startı və gedişi maraqlı olmalıdır…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 4 | 1:14.121 | 7 | 1 | 1:13.076 | 6 | 1:12.812 | 8 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 1 | 1:13.714 | 6 | 2 | 1:13.094 | 6 | 1:12.874 | 7 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 2 | 1:13.925 | 8 | 7 | 1:13.857 | 8 | 1:12.990 | 8 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 3 | 1:14.030 | 6 | 3 | 1:13.540 | 6 | 1:13.166 | 8 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 7 | 1:14.601 | 8 | 5 | 1:13.793 | 8 | 1:13.414 | 8 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 6 | 1:14.477 | 7 | 6 | 1:13.849 | 10 | 1:13.579 | 6 |
7 | 77 | Valtteri Bottas | Williams | 5 | 1:14.389 | 8 | 4 | 1:13.791 | 5 | 1:13.670 | 7 |
8 | 19 | Felipe Massa | Williams | 12 | 1:14.815 | 9 | 8 | 1:13.864 | 9 | 1:13.769 | 3 |
9 | 27 | Niko Hülkenberq | Force İndia | 8 | 1:14.663 | 4 | 9 | 1:14.166 | 11 | 1:13.952 | 8 |
10 | 14 | Fernando Alonso | McLaren | 14 | 1:15.026 | 8 | 10 | 1:14.260 | 8 | 1:14.338 | 8 |
11 | 11 | Serxio Peres | Force İndia | 11 | 1:14.814 | 8 | 11 | 1:14.317 | 10 | ||
12 | 22 | Censon Batton | McLaren | 10 | 1:14.755 | 8 | 12 | 1:14.437 | 8 | ||
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 13 | 1:14.829 | 8 | 13 | 1:14.457 | 8 | ||
14 | 21 | Esteban Qutyerres | Haas | 15 | 1:15.148 | 12 | 14 | 1:14.571 | 13 | ||
15 | 8 | Roman Qrojan | Haas | 16 | 1:15.444 | 12 | 15 | 1:14.803 | 12 | ||
16 | 55 | Karlos Sayns | Toro Rosso | 9 | 1:14.714 | 8 | 16 | 1:21.956 | 3 | ||
17 | 30 | Colion Palmer | Renault | 17 | 1:15.459 | 11 | |||||
18 | 94 | Paskal Verlyayn | Manor | 18 | 1:15.599 | 9 | |||||
19 | 9 | Markus Eriksson | Sauber | 19 | 1:15.635 | 11 | |||||
20 | 12 | Felipe Nasr | Sauber | 20 | 1:16.663 | 9 | |||||
21 | 88 | Rio Haryanto | Manor | 21 | 1:17.052 | 9 | |||||
22 | 20 | Kevin Maqnussen | Renault | 22 | – | 0 |