Kanada-2016: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Pirelli şirkəti ardıcıl ikinci yarışa ən yumşaq tərkib üçlüyünü - UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək, amma tərkiblərin iş prinsipi Monreal trasının xüsusiyyətlərinə görə fərqli olacaq.

Pol Hembri, Motorsport: “Kanadada da hava yarışın gedişinə müdaxilə edə bilər, ona görə də yarışın gedişi çətinləşə bilər – əvvəlki illərdə belə hallarla rastlaşmışıq. Bizim gətirdiyimiz təkər tərkibləri trasda müxtəlif startegiyalar tətbiq etməyə imkan verəcək.

UltraSoft tərkibi Monakoda yaxşı təəssürat oyatdı, amma Kanada trasının tam fərqli xarakteristikası var və təkərlərə qarşı daha tələbkardır. Bu faktor komandaların strategiyasında əks olunacaq, bunu onların təkər seçimlərindən də görmək olar”.

F-1.az xatırladır ki, Renault və Haas komandaları, ümumiyyətlə, SuperSoft tərkibindən sifariş verməyiblər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*