Kanada-2016: Günün sürücüsü – Maks Ferstappen

Red Bull komandasının sürücüsü Maks Ferstappen Kanada QP-də günün sürücüsü seçilib.

F-1.az xatırladır ki, Red Bull-un gənc sürücüsü Kanada QP-də Niko Rosberqin hücumlarına qarşı inamla müdafiə olundu və Kanada yarışını 4-cü yerdə bitirdi. Rosberq isə hollandiyalı sürücüyə hücum etsə də, yerində fırlandı və Ferstappeni keçə bilmədi.

Qeyd edək ki, Ferstappen bundan əvvəl qalib gəldiyi İspaniya QP-də Günün Sürücüsü mükafatını almışdı.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında keçirilir. Bundan əvvəl AvstraliyaBəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen  İspaniyada yarışın qalibi Maks Ferstappen və nəhayət, Monakoda isə Serxio Peres “Günün sürücüsü” seçilmişdilər.

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*