Kanada-2016: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər yenə də Lyuis Həmiltonu qarşıdakı yarışın favoriti hesab edirlər. Onun komanda yoldaşı Niko Rosberqin şansları bir qədər az dəyərləndirilib, 3-cü yeri isə mövsümdə ilk dəfə Red Bull sürücüsü Daniel Rikkardo tutub.

Kanada Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.20
Niko Rosberq 2.87
Daniel Rikkardo 8.00
Sebastyan Fettel 10.00
Maks Ferstappen 13.00
Kimi Rəykkönen 26.00
Valtteri Bottas 34.00
Felipe Massa 51.00
Niko Hülkenberq 101.00
Serxio Peres 151.00
Fernando Alonso 201.00
Daniil Kvyat, Karlos Sayns, Censon Batton 251.00
Kevin Maqnussen, Roman Qrojan, Esteban Qutyerres 501.00
Colion Palmer, Felipe Nasr, Markus Eriksson, Paskal Verlyayn, Rio Haryanto 1001.00

 

Bukmeykerlərin fikrincə, Niko Rosberqin mövsümün sonunda ilk titulu qazanmaq şansı daha çoxdur. Onunla mübarizə aparmaq iqtidarında olan sürücü isə komanda yoldaşıdır – Monako yarışından sonra Lyuis Nikoya çox yaxınlaşıb. Bukmeykerlərin fikrincə, mövsümün sonunda Red Bull sürücüləri Ferrari sürücülərini üstələyəcəklər…

Dünya çempionatında qələbə (sürücülər)
Niko Rosberq 1.91
Lyuis Həmilton 2.10
Daniel Rikkardo 15.00
Maks Ferstappen 41.00
Sebastyan Fettel 51.00
Kimi Rəykkönen 151.00
Daniil Kvyat 1501.00

 

Mühəndislər Kubokunda vəziyyət demək olar ki, dəyişməyib – almanlar qələbəyə real namizəddirlər, amma Red Bull komandası artıq Ferrari-ni qabaqlayıb…

Dünya çempionatında qələbə (komandalar)
Mercedes AMG 1.02
Red Bull 15.00
Ferrari 21.00
McLaren, Williams 1001.00
Toro Rosso, Force İndia 3001.00

 

Saytımızda təşkil olunmuş sorğuda iştirak etməklə, siz də sürücülərin şanslarını dəyərləndirə bilərsiniz…

[wpolling id=”10″ width=”” height=””]

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*