Kanada-2016: Birinci sərbəst yürüşlər

Dünən Monrealda hava buldulu və soyuq idi, sürücülər gödəkcələrinə bürünüb gileylənirdilər ki, hətta mövsümöncəsi testlərdə hava daha isti idi. Bu gün səhər hava yaxşılaşıb, günəş çıxıb, amma təkərlərin qızıdırılması sürücülərə başağrısı olub. Komandalar təkərlərin effektliyi və gətirdikləri yeniliklər üzərində işləməyə başlayıblar - təqvimdə Kanada yarışı maşınların asfalta yatma qüvvəsinin ən aşağı səviyyəsinə sazlanan ilk yarışdır.

F-1.az xəbər verir ki, heç bir komandada dəyişiklik olmayıb – komandalar əsas sürücülərlə işləyiblər. Tribunalar demək olar ki, tamaşaçılarla tam dolu olub.

Sessiyanın 25-ci dəqiqəsində Felipe Massa birinci döngədə qəzaya uğrayıb – DRS problemi üzündən braziliyalı sürücü idarəetməni itirib, döngənin girişində fırlanıb və maşının arxası ilə baryerlərə çırpılıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb, pauza 10 dəqiqə davam edib.

Son şikanda səhvə yol verməyən sürücü olmayıb, düzlükdə sürət yığdıqdan sonra əylənmə zonasında hamı şikana girmədən yolda davam etməyə üstünlük verib – ciddi insident yaşanmayıb. Eriksson və Maqnussen texniki problem üzündən vaxt itiriblər. Batton ilk dövrələr seriyasından sonra maşını mexaniklərə verib və yalnız sessiyanın sonunda trasa qayıdıb. Amma yeni bir problem baş qaldırıb və mühəndislər Censonu boksa çağırıblar.

Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:14.755.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:14.755 22
2 6 Niko Rosberq Mercedes AMG 1:15.086 + 0:00.331 30
3 5 Sebastyan Fettel Ferrari 1:15.243 + 0:00.488 22
4 33 Maks Ferstappen Red Bull 1:15.553 + 0:00.798 29
5 7 Kimi Rəykkönen Ferrari 1:15.618 + 0:00.863 23
6 77 Valtteri Bottas Williams 1:16.301 + 0:01.546 30
7 27 Niko Hülkenberq Force İndia 1:16.464 + 0:01.709 24
8 55 Karlos Sayns Toro Rosso 1:16.543 + 0:01.788 21
9 11 Serxio Peres Force İndia 1:16.577 + 0:01.822 25
10 14 Fernando Alonso McLaren 1:16.663 + 0:01.908 18
11 3 Daniel Rikkardo Red Bull 1:16.734 + 0:01.979 28
12 22 Censon Batton McLaren 1:16.788 + 0:02.033 8
13 8 Roman Qrojan Haas 1:17.008 + 0:02.253 22
14 19 Felipe Massa Williams 1:17.065 + 0:02.310 7
15 26 Daniil Kvyat Toro Rosso 1:17.310 + 0:02.555 24
16 21 Esteban Qutyerres Haas 1:17.319 + 0:02.564 24
17 12 Felipe Nasr Sauber 1:17.855 + 0:03.100 21
18 88 Rio Haryanto Manor 1:18.103 + 0:03.348 21
19 9 Markus Eriksson Sauber 1:18.129 + 0:03.374 8
20 20 Kevin Maqnussen Renault 1:18.409 + 0:03.654 13
21 94 Paskal Verlyayn Manor 1:18.453 + 0:03.698 30
22 30 Colion Palmer Renault 1:18.583 + 0:03.828 28
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*