F-1.az bildirir ki, Kallenius eyni zamanda fevral ayında Daimler direktorlar şurasında komandanın gələcəyinə dair müzakirələrin aparılacağını da təkzib edib: “Bu məlumat da həqiqətə uyğun deyil”.
Qeytd edək ki, dünən Autocar nəşri məlumat yaymışdı ki, fevralın 12-də konsernin İdarə Heyətinin iclası keçiriləcək, iclasda zavod komandasının 2020-ci ildən sonra çempionatda qalmağa davam etməsi və ya istefasını elan etməsi barədə qərar veriləcək.