Kallenius: F1-ə investisiyalar olduqca sərfəlidir

Mercedes xərclərin azaldılması tədbirlərindən biri kimi Formula 1-dən çıxmanı nəzərdən keçirmir.

F-1.az bildirir ki, Daimler AG-nin direktorlar şurasının sədri və Mercedes-Benz Cars-ın rəhbəri Ola Kallenius Auto jurnalına müsahibəsində son günlərin şayiəsinə də toxunub.

“Biz altı dəfə ardıcıl dünya çempionu olmuşuq. Bu olduqca unikal nailiyyətidir və marketinq baxımından bütün xərclərimizi ödəyir. Bununla da F1 olduqca səmərəli investisiyadır”, – deyə Kallenius vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ola Kallenius bəyan etmişdi ki, şirkət 2020-ci il mövsümündən sonra çempionatı tərk etmək niyyətində deyil.

Xatırladaq ki, dünən Autocar nəşri məlumat yaymışdı ki, fevralın 12-də konsernin İdarə Heyətinin iclası keçiriləcək, iclasda zavod komandasının 2020-ci ildən sonra çempionatda qalmağa davam etməsi və ya istefasını elan etməsi barədə qərar veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*