Kalle vətənində uduzdu: Ott isə tarixə düşdü

Dünya Ralli Çempionatında (WRC) mövsümün 8-ci mərhələsi - əfsanəvi Finlandiya Rallisi başa çatıb.

Hyundai komandasının estoniyalı sürücüsü Ott Tənak mövsümdə ikinci dəfə qələbəyə sevinib, lakin üçgünlük mübarizədən sonra onun mövsümün lideri üzərində üstünlüyü cəmi 7 saniyə olub.

WRC-nin Finlandiya mərhələsi ənənəvi olaraq mövsümün əsas yarışı hesab olunur – hər yerdə olduğu kimi burada da qələbə üçün eyni xallar verilsə də, Yuvyaskula ətrafındakı sürətli “üçölçülü” yolları səhvsiz fəth etmək yalnız risk və sürət arasında düzgün balansı tapa bilənlərə qismət olur.

Bu dəfə yarışın intriqası Toyota ekipajlarının Ott Tənakın arxasınca düşməsi olub. O, cümə günü səhər saatlarından liderliyi ələ keçirib, lakin günün sonunda Esapekka Lappidən cəmi 3.8 saniyə uzaqlaşa bilib.

Şənbə günü mövsümün lideri Kalle Rovanpera Hyundai pilotunun əsas təqibçisi olub. Gün ərzində bir neçə dəfə qəzadan yaxa qurtaran fin Tənakdan 8.3 saniyə geri qalaraq dördüncü yerdən ikinci yerə yüksəlib.

Bazar günü hər şeyi 4 dop həll etməli olub.

Onlardan birincisində Ott ən sürətli olub, ikincini sürücülər eyni nəticə ilə başa vurublar, üçüncünü isə Kalle öndə bitirib.

Əlavə bonus xalların da ortada olduğu son dopa liderlər on saniyəlik fərqlə yollanıblar.

Kalle vətənində qarşısıalınmaz olub, amma sonda estoniyalı sürücüyə 7 saniyə uduzub.

Ott Finlandiyada üçüncü uğurunu bayram edən 6-cı sürücü olub. WRC tarixində heç kim bu yarışı daha çox qazana bilməyib.

Podiumun son pilləsini Toyota-nın digər finlandiyalı sürücüsü Esapekka Lappi qazanıb – sondan əvvəlki dopda Lappi yoldan çıxaraq arxa düşüb və göydə üç dəfə fırlanan maşını yarışa qaytara bilib.

Titul uğrunda mübarizə nöqteyi-nəzərindən heç nə dəyişməyib: Rovanpera irəlidədir (198 xal), onu Hyundai-dan Tənak (104) və Növill (103) təqib edirlər.

WRC mövsümü 2 həftə sonra Belçikada davam edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*