Biz xəbər vermişdik ki, komanda Strollun gəlişindən 80 milyon dollara yaxın qazanc əldə edəcək. Lakin komandanın rəhbəri Kler Uilyams Lənsi maddi məsələlərə görə yox, istedadına görə seçdiklərini bildirib.
Kler Uilyams: “Bu idmanda müəyyən hədəflərimiz var və ən çox titul qazanmış komandalardan biriyik. Gələcəklə bağlı hədəflərimiz var və bu hədəflərə çatmaq üçün istedadlı insanlara ehtiyac duyuruq. Ləns bizi həyəcanlandırır. Yarışdığı seriyada uğur qazandı və düşünürəm ki, hərtərəfli sürücüdür. Biz sürücüdə axtardığımız hər şeyə sahibdir. Zəki və istedadlıdır, hədəfləri var. Bizimlə ilboyu işləyib və mühəndislərimizə çox kömək edib. Yəni, bu qərarı vermək çox da çətin olmaqdı”.