K.Uilyams: “Rosberq çempionluğa layiq idi”

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Rosberqin həmişə çempionluq potensialı olub.

F-1.az xatırladır ki, Rosberq Formula1 karyerasına Williams komandasında başlamış və 2006-2009-cu illərdə britaniyalıların şərəfini qorumuşdu. Almaniyalı sürücü Bəhreyndəki debüt yarışından xal almışdı.

Kler Uilyams bildirib ki, Rosberq həmişə güclü sürücü olub və əlavə edib ki, almaniyalı əgər çempion olmamış Formula1-dən getsəydi, buna görə məyus olardı: “Məncə, bu çempionluğun gələcəyi bəlli idi. Elə sürücülər var ki, Formula1-də debüt edəndə nəyə qadir olduğunu bilirsiniz. Niko da bunlardan biri idi. Niko çempion ola bilmədən 23 yarış qazanmışdı. Ondan az yarış qazanıb çempion olmuş sürücülər olduğu halda, Rosberqin çempion ola bilməməsi məyusedici olardı.

Mövsüm ərzində çox stabil idi və layiq olduğu çempionluğu qazandı. Onun adınyerinə çox sevinirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*