K.Uilyams Massanı qaytararkən özünü pis hiss edib

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Bottas Mercedes-lə müqavilə imzaladıqdan sonra Massanı çağırarkən özünü pis hiss edib.

F-1.az xatırladır ki, Massa 2016-cı ilin sentyabr ayında təqaüdə çıxacağını açıqlamış və mövsümün sonunda karyerasını bitirmişdi.

Amma Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes Bottasla müqavilə bağlamış və təcrübəli sürücü axtaran Williams komandası sabiq sürücüsü Massanın qayıtması üçün danışıqlara başlamışdı. Britaniyalılar ilkin danışıqlara Milad Bayramında başlayıblar.

Kler Uilyams: “Təqaüdə çıxdıqdan sonra sabiq sürücünüzə zəng edib “təqaüdünü təxirə sala bilərsən?” deyəndə özünüzü doğrudan da pis hiss edirsiniz. Amma mən heç kimi bu qədər sevincli və həyəcanlı görməmişdim. Buna görə də biz çox rahatladıq.

O, komanda üçün ən yaxşı performansını göstərəcək. Əks halda transfer etməzdik. Keçən ilin son yarışında da əla performans göstərmişdi. Motivasiyasını itirməyib. Bilirəm çox adam “təqaüdə çıxdı, rahat buraxın” deyir, amma o geri dönmək istəyirdi. Mən hiss etmişdim ki, təqaüdə çıxmaq istəmir. Buna görə də Felipenin yaxşı işlər görəcəyinə inanıram.

Əylənə biləcəyi bir ili var, amma təzyiq artsa, vəziyyət dəyişə bilər. Lakin narahat olmaq üçün səbəb yoxdur. Ən yaxşı performansını göstərə bilər. Görək nə edəcək. Onu Lənsin yanına gətirmək bizim üçün yaxşı olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*