F-1.az xatırladır ki, braziliyalı sürücü keçən mövsümün sonunda karyerasını bitirmişdi, amma Rosberqin qəfil istefasından sonra Mercedes Bottası transfer etmiş və Williams Massanı geri qaytarmaq məcburiyyətində qalmışdı.
Kler Uilyams: “Felipe Formula1-də 15 il yarışıb və peletondakı ən təcrübəli sürücülərdən biridir. Bu qədər çox dəyişikliyin olduğu bir mövsümdə təcrübəli sürücünün komandada olmasını istəyərsiniz. Buna görə də Felipe ilə yenidən işləyəcəyimiz üçün sevincliyik. Testlərdə yeni bolidlər barədə məlumatımız olacaq. Amma hər şey Avstraliya yarışında daha dəqiq bilinəcək. FW40-ın yaxşı performans göstərəcəyinə ümid edirik. Əgər stabil nəticələr alsaq, gözəl mövsüm keçirmiş olarıq”.