K.Uilyams: “Fettel və Alonso da Stroll kimi başlamışdı”

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Ləns Strollu haqsız yerə tənqid edirlər.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü Formula1-də keçirdiyi ilk 6 yarışında xal ala bilməyib və 4 dəfə mübarizəni vaxtından əvvəl dayandırıb. Kanadalı sürücü hazırda komanda yoldaşı Felipe Massadan 20 xal geridədir.

Gənc sürücü İspaniya yarışının startında təkəri partlamış Massanı 1-ci dövrədən sonra 50 saniyə qabaqlasa da, yarışın sonunda braziliyalıdan 11.5 saniyə geri qalmışdı.

Kler Uilyams: “İnsanlar ona bir az şans verməlidirlər. Bəzi tənqidlər xoş deyildi. Bu doğru deyil. O gəncdir və insanlar bunu unudurlar. F3-dən F1-ə keçməyin çətin olduğunu bilmirlər. Heç kim idmana gələn kimi rəqiblərini qabaqlamayıb. Bu real deyil. O, uyğunlaşmalıdır. İndiyə qədər yarışdığı heç bir trasda sürməyibdir. Bitirə bilmədiyi əksər yarışlarda onun səhvi yox idi. Buna görə də tənqidlər doğru deyil. İdmandakı bütün sürücülərin ilk 6 yarışına baxsanız, eyni halla qarşılaşarsınız. İnsanlar tənqiddən əvvəl hadisələrə baxmalıdırlar. Altı yarışın 4-də heyif ki, mübarizəni vaxtından əvvəl dayandırdı. Kanadada yarışmaq üçün səbirsizlənir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*