K.Uilyams: “Büdcə limiti gəlməsə, idmandan gedəcəyik”

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, 2021-ci ildə büdcə limiti qəbul olunmasa, idmandan gedəcəklər.

F-1.az xatırladır ki, Liberty Media 2021-ci ildən etibarən komandalara 150 milyon avroluq büdcə limiti təyin etməyi planlaşdırır. Lakin Mercedes və Ferrari kimi komandalar bu limitə qarşıdırlar. Çünki iddialara əsasən, Mercedes builki bolidin inkişafına 700 milyon, Ferrari isə 500 milyon avro xərc çəkib.

Kler Uilyams: “Onu deyim ki, əgər bu qərar qəbul olunmasa, Williams komandası bağlanacaq. Bütün şirkət bağlanacaq. Bəhreyndə bu fikrə müsbət yanaşmışdım. Amma bəzi adamlar buna mənfi münasibət bildirdilər. Lakin bizim üçün əlverişlidir. Komandamızın trasdakı performansını saymasaq, Formula1 komandaları üçün ən böyük nümunəyik.

Büdcə limitində dəqiq rəqəmdən xəbərim yoxdur. Təbii ki, komandalar yenidənqurma işlərində problem yaşayacaqlar. Bir nəfərin belə işini itirməsini istəmərik. Bunu demək çətin olsa da, idmanın gələcəyi üçün risklər lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*