F-1.az xatırladır ki, Williams komandası keçən il bolidlərini mövsümöncəsi qış testlərinin üçüncü günündə hazır eliyə bilmişdi. Buna görə də bolid mövsüm ərzində çox geridə qalmışdı.
Kler Uilyams: “Qış mövsümündə özümüzə çətin hədəflər qoyduq və bunlar yaxşı işləyirlər. Hazırda əsas məqsədimiz bolidi vaxtında test etməkdir və buna inanıram. Bizim üçün çarpma testlərindən keçmək ilk uğur olacaqdı və əksəriyyətini ilk cəhddən keçdik. Keçən il altıncı cəhddə belə keçə bilməmişdik. Bu uğursuzluq komanda üzərindəki təzyiqi artırır. Buna görə də qış tətili bizim üçün vacib oldu”.