F-1.az xatırladır ki, Williams komandası 2017-ci ildən etibarən Valtteri Bottas və Ləns Stroll cütü ilə yarışacaq. Xatırladaq ki, Ləns Stroll məşhur milyarder Lourens Strollun oğludur və bu il Avropa F3 çempionatında mükəmməl performans göstərərək, Dünya Çempionu olmuşdu.
Kler Uilyams: “Arxa planda Ləns barədə çoxlu müzakirələrin getdiyini bilirəm, amma biz sürücü seçəndə maliyyə faktorunu nəzərə almamağa çalışırıq. Son illərdəki sürücü seçimlərimiz hər şeyi açıq formada göstərir və bu il də ənənə davam edəcək. Pul sükan arxasında performans göstərmir. Ləns aşağı seriyalarda göstərdiyi performansla istedadını sübut edib. Formula1-ə gəlmək üçün əlindən gələni etdi. Gələn il Formula1-də yarışacaq və ən yaxşı nəticələri qazanacaq.
Gələn il Ləns üçün debüt ili olacaq. Onu Melburndakı yarışa hazırlamaq üçün pərdə arxasında işləyirik. Bu, ona kömək edəcək.
O, çox istedadlı, ağıllı və çalışqan sürücüdür. Əlbəttə, onun da zamana ehtiyacı var. Səhvləri də olacaq. Ümid edirəm ki, səhvlərindən dərs çıxarar”.