K.Şumaxer övladlarının öldürülməsi ilə hədələnibmiş

Yeddiqat dünya çempionunun həyat yoldaşının keçən ilin fevralında başına gələn hadisə barədə məlumatı Focus nəşri verib.

F-1.az Focus-a istinadən bildirir ki, cinayətkar Korinna Şumaxerdən 900 min avro tələb edib və onun elektron poçt ünvanına belə yazıb: “Əgər pul martın 31-nə qədər hazır olmasa, övladların əvvəl-axır öldürüləcək”. Mixael və Korinnanın iki övladları var – qızları Cina-Mariya və ananın məktubu aldığı vaxt Formula4 seriyasında yarışan oğulları Mik.

Xanım Şumaxer dərhal polisə müraciət edib, cinayətkarın elektron poçt vasitəsi ilə göndərdiyi bank hesabı araşdırılıb və cani tapılaraq həbs edilib. O, məhkəmədə öz əməlini etiraf edib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*