F-1.az xatırladır ki, almaniyalı sürücü 2013-cü ilin dekabr ayında Alp dağlarında xizək sürərkən yıxılmış və zədələnmişdi. Bundan sonra komaya düşən yeddiqat Dünya Çempionunun vəziyyəti barədə demək olar ki, xəbər verilməyib. Son çıxan xəbərlərə görə Mixael hazırda bərpa prosesi keçir.
Korinna Şumaxer: “Mixael aramızdadır. Fərqli vəziyyətdə olsa da, bizə güc verir. Biz bir yerdəyik. Evdə bir yaşayırıq və bərpa müddəti keçirik. Mixaelin yaxşı və rahat olması üçün əlimizdən gələni edirik. Ona ailə olmağı hiss etdirməyi çalışırıq. Sağalması üçün əlimdən gələni edəcəm. Hamımız edəcəyik. Ailə olaraq onun sevdiyi şeyləri etməyə çalışırıq. Həyatımıza belə davam etməyə çalışırıq.
Yaşananlara görə heç vaxt Tanrını günahkar görmədim. Sadəcə bəxti gətirmədi və bu, hamının başına gələ bilər.
Təbii ki, Mixael üçün darıxıram. Ancaq onun üçün darıxan tək mən deyiləm. Uşaqları, ailəsi, atası və ətrafındakı hər kəs onun üçün darıxır.
Mixael həmişə deyərdi ki, şəxsi həyat gizli qalmalıdır. Buna görə də onun şəxsi həyatını qorumaq mənim üçün vacibdir. Mixael həmişə bizi qorudu. İndi də biz onu qoruyuruq”.