F-1.az xatırladır ki, FİA Red Bull-u 7 milyon dollarlıq cərimə və aerodinamik boruda 10% az işləməklə cəzalandırmışdı.
Kreyq Skarboro: “Bu, Red Bull-a çox zərər verəcək. Maşın üzərində işləmək məhdudiyyəti olacaq və sonra növbə 2024-cü il üçün maşınına gələcək. Vaxtlarını nə üçün xərcləyəcəklərinə qərar verməli olacaqlar. Düşünürəm ki, 2023-cü ilin maşınının özünü necə göstərməsindən asılı olaraq seçim edəcəklər. Gələn il bir çox komandaların vəziyyətinin düzələcəyini gözləmək olar. Red Bull-la yaxınlaşa bilərlər”.