K.Saynsın ürəyi bulanıb

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, ürəyi bulandığı üçün pis nəticə göstərib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışın əvvəllərində 5-ci yer uğrunda mübarizə aparsa da, daha sonra ürəyi bulandığı üçün 10-cu yerə razı olub.

Karlos Sayns: “İlk dövrədən etibarən davamlı su içirdim. Bir müddət sonra mədəm şişdi. Daha sonra yarış mənim üçün çətinləşdi. Bəzən qaytarmaq istəyirdim və buna görə performansım düşdü. 9-cu döngədə tras xaricinə çıxıb Alonsonun arxasına düşdüyüm an qırılma anı oldu. Amma bu səhvlərdən dərs çıxarıb sonrakı yarışlarda yaxşı nəticə almağa çalışacağıq. Çətinliklərə baxmayaraq, həftəsonundan razıyam. Bəzi problemlər yaşamasaydıq, daha yaxşı nəticə ala bilərdim. Ancaq bunu dəyişmək olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*